yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Mətanət Əsədovanın həbs etdirdiyi gənc azadlığa çıxdı

Mətanət Əsədovanın həbs etdirdiyi gənc azadlığa çıxdı
2-02-2017, 15:57 944 dəfə baxılıb

Müğənni Mətanət Əsədovanın internetdə onu təhqir etdiyi üçün şikayət edib, həbs etdirtdiyi sosial şəbəkə fəalı Elsevər Mürsəlli azadlığa çıxıb.

Bu haqda gənc fəalın özü məlumat verib: "Bu gün səhər saatlarında azadlığa çıxdım, məhkəmənin qərarı ilə barəmdə 3 aylıq həbs müddəti seçilmişdi. Bu gün həmin müddət bitdi və mən ailəmə, dostlarıma qovuşdum. Çox sevincliyəm"

Qeyd edək ki, Elsevər Mürsəlli bir müddət bundan qabaq özünün sosial şəbəkədəki səhifəsində Mətanət Əsədova və onun həbsdə olan bacısı haqqında qeyri-etik sözlər işlətmişdi. Xaçmaz rayon Məhkəməsində Elsever Mürsəlli barəsində 3 ay şərti cəza vermişdi.

E.Mürsəlli daha əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş və əfvlə azadlığa buraxılmışdı. O, həbsdə olduğu zaman NİDA Vətəndaş Hərəkatına üzv olmuş, azadlığa çıxmazdan əvvəl isə bəyanatla hərəkatdan ayrılmış və Yeni Azərbaycan Partiyasına üzv olduğunu bəyan etmişdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ