XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » "Veysəloğlu" şirkətinin həbs etdirdiyi marketoloq azadlığa çıxdı

"Veysəloğlu" şirkətinin həbs etdirdiyi marketoloq azadlığa çıxdı

"Veysəloğlu" şirkətinin həbs etdirdiyi marketoloq azadlığa çıxdı
19-09-2017, 13:12

anınmış marketoloq Tural Abdullayev azadlığa çıxıb.

AZXEBER.COM-a bu haqda marketoloqun yaxın ətrafı məlumat verib.

Məlumata görə, bu ilin may ayında həbs edilən marketoloq 4 ay həbs müddətindən sonra azadlığa çıxıb.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Məhdud Məsuliyyətli Cəmiyyətlərdən birinin rəhbərliyi sosial şəbəkələrdə Tural adlı vətəndaşın onların fəaliyyəti barədə təhqirdici, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar paylaşdığını və bu tipli məlumatların təkrar yayılmaması üçün həmin şəxsin külli miqdarda pul tələb etdiyi barədə məlumat verib. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxs - Bakı şəhər sakini Tural Abdullayev qeyd edilən cəmiyyətin əməkdaşından 3500 manat pul alan zaman saxlanılıb.

Sonradan məlum olub ki, həmin məhdud məsuliyyətli cəmiyyət "Veysəloğlu" şirkəti olub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.