yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

BDU qovğası: Dekan müavininin daha bir səsi yayıldı, Abel Məhərrəmov niyə susur?

BDU qovğası: Dekan müavininin daha bir səsi yayıldı, Abel Məhərrəmov niyə susur?
28-01-2017, 00:30 408 dəfə baxılıb
yüklənir...

“Mən ultimatumu təkcə Farizə göndərməmişəm. Mən ultimatumu bütün fakültənin tələbələrinə göndərmişəm. Eşitdiniz sizə nə dedim mən? Sizin deyəsən ipinizi çox boş buraxmışıq. Lağa qoyacaq dərəcədə qalxmısınız artıq…”

Bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərəndə bildirib.

İkinci səs yazısı yayılan dekan müavini tələbələri yenə təhdid edib: “O qrupunuzun ağzı göyçək tələbələri Farizi lağa qoyublar, can, bəh-bəh elədiyin müəllimən sənə ultimatum göndərir, can, bəh-bəh elədiyin müəllimən səni tənqid edir, təhqir edir…

Mən ultimatumu tək Farizə göndərməmişəm. Mən səsli mesajımda göndərib demişəm ki, (nə dediyimi də çox gözəl bilirəm) dünən axşam məni Fariz, Leyla, Qoşqar əsəbləşdiriblər.

Deməmişəm ki, ay Farizə töhmət verəcəm, ay Leylaya töhmət verəcəm, ay Qoşqara töhmət verəcəm. Demişəm ki, bundan sonra fakültənin mətbəxini sosial şəbəkəyə çıxardanın hamısının izahatını alıb, birinci xəbərdarlıq, ikinci töhmət verdirəcəm. Uşağa da bəsdirin mənçün orda lağa qoyub can-can, bəh-bəh elədiyin müəllimən sənçün bunları deyir… Abırınız olsun biraz!”

Fakultənin dekanı Cahangir Məmmədli müavininə qahmar çıxmışdı, onu müdafiə etmişdi, BDU-nun mətbuat xidməti də A.Zeynalovanın işdən azad edilməyəcəyini açıqlamışdı. Artıq ikinci səs yazısı yayılır və tam bir biabırçılıq ortadadır.

Jurnalistika fakültəsinin tələbələri daha azad olmalıdır və fikirlərini ifadə edə bilərlər. Belə bir yaradıcı fakultənin dekan müavini isə onların səsini boğur, dekan da müdafiəsinə qalxır.

Ən qəribəsi budur ki, ölkənin ən nüfuzlu ali məktəbi olan BDU-da bu proseslər baş verir. Universitetin nüfuzu getdikcə sıfıra enir.

Amma rektor Abel Məhərrəmov susur, heç bir reaksiya vermir, ölçü götürmür. BDU kimi təhsil ocağının ən saballı fakultəsində baş verənlərə mediaya çıxıb və hələ də rektor susur.

Ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU indi rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtaha görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlir.

A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.

Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir. Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi. Lakin sonuncu qalmaqal BDU-nu və az-çox hörməti qalan Jurnalistika fakultəsini tamamilə gözdən saldı.

Dekan müavini çıxışında BDU-nun Jurnalistika fakultəsinin dekanatlığını elə təsəvvür edir ki, sanki məlum dekanatlıq dövlət əhəmiyyətli, xüsusi məxfi qurumdur.
Boş-boş danışmağı bir yana, səs yazısında tələbələri təhdid belə etməkdən çəkinmir. Təbii ki, bu dekan müavinin şəxsi təşəbbüsü deyil. Bu xəbərdarlıq xarakterli tapşırıq məhz yuxarıdan gəlib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ