yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Universitetdəki yanğında 9 nəfər zəhərlənib - FHN məlumat yaydı

Universitetdəki yanğında 9 nəfər zəhərlənib - FHN məlumat yaydı
22-07-2017, 17:42 105 015 dəfə baxılıb

Fövqəladə Hallar Nazirliyi abituriyentlərin imtahan verməsinə maneə olan yanğın haqda növbəti açıqlamanı yayıb.

Fövqəladə Hallar Nazirliyinə istinadən məlumata görə, açıqlamada deyilir:

“Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (Onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb”.

Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: FHN, 9, yaydi, melumat, , zeherlenib, yanginda, Universitetdeki, nefer
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ