SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hüquq Müdafiəçisi: BŞDYPİ-nin rəisi Rəşid Piriyev vəzifəsini ləyaqətlə icra edir

Hüquq Müdafiəçisi: BŞDYPİ-nin rəisi Rəşid Piriyev vəzifəsini ləyaqətlə icra edir

Tarix:

19-08-2022, 11:13

/ 2 530 dəfə oxundu.
Hüquq Müdafiəçisi: BŞDYPİ-nin rəisi Rəşid Piriyev vəzifəsini ləyaqətlə icra edir

Hüquq müdafiəçisi və Ağ Partiya üzvü Rauf Sultanovun saytımıza daxil olan TƏŞƏKKÜR məqaləsini olduğu kimi oxuculara təqdim edirik:

Bu ayın 17-də Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki cənab Rəşid Piriyevin qəbulunda oldum. Məni narahat edən bəzi məsələlərin yerindəcə aydınlaşdırılması və digər suallarıma cavab almaq niyyətində idim.

Qəbula daxil olduğum elə ilk andaca səmimiyyət və mehribanlıq hiss etdim. Sözün doğrusu, avtomobilimdə edilmiş konstruksiya dəyişikliyi səbəbindən avtomobilimin cərimə meydançasından buraxılmasını xahiş etdikdə, Rəşid müəllim çox təmkin ilə mənə izah etməyə başladı.
İlk sözü belə oldu ki, "Bu gün əgər cənab nazir məni belə bir mühüm idarənin rəisi vəzifəsinə təyin edibsə, mütləqdir ki, Bakı şəhərində qanunla qadağan edilmiş əməllər törədən sürücüləri aşkar edib məsuliyyətə cəlb edim !

Əgər bu gün hansısa şəxsin statusuna baxıb onun konstruksiya dəyişikliyinə məruz qalmış avtomobilini cərimə meydançasına təmin etməsək bu artıq cəmiyyətdə ayrı-seçkiliyə yol vermiş kimi qiymətləndirilə bilər."

Rəşid müəllim danışdıqca inanın sanki başqa bir aləmdə özümü hiss edirdim. İntellektual səviyyəsi və məsələlərə tənqidi yanaşması olduqca yüksək və düzgün idi.

Təxminən 1 saata yaxın baş tutan qəbul zamanı R.Piriyevin verdiyi məsləhətlərin hər biri mənim üçün önəmli və vacib idi. Həyatda xoşbəxtəm ona görə ki, məni haqlı tənqid edən şəxsin dediklərindən ibrət çıxarıram.

Bir daha əmin oldum ki, istər Bakı şəhər Baş Polis İdarəsinin rəisi cənab Əkbər İsmayılov, müavini Vüqar Ələkbərov, həmçinin BŞDYPİ-nin rəisi Rəşid Piriyev həqiqətəndə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun uğurlu kadr siyasətinin bariz nümunəsidir.

Məndə öz növbəmdə başda DİN rəhbəri cənab general-polkovnik Vilayət Eyvazov olmaqla adlarını qeyd etdiyim hər kəsə təşəkkürümü bildirir və fəaliyyətlərində uğurlar arzu edirəm.

Şərhlər

XƏBƏR LENTİ