Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Məişət İst" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 802 590,42 manatdır.
Bu tenderdə diqqətçəkən məqam "Məişət İst" şirkətinin faəliyyət sferası ilə bağlıdır. Əvvəlcə qeyd edək ki, şirkət 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən "Məişət İst" MMC-nin qanuni təmsilçisi Cəfərov Nicat İzahat oğludur. Nicat Cəfərov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Məişət İst" MMC-yə gəlincə, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, şirkət əsasən ketrinq xidməti göstərir. Nümunə olaraq şirkətlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi arasında 2023 və 2024-cü illərdə bağlanmış satınalma müqavilələrini göstərmək olar.
Bu hələ son deyil. Məlum olur ki, şirkət vaxtaşırı profilini dəyişir. Ketrinq xidməti göstərən "Məişət İst" MMC bəzən tikinti məhsullarının satışını həyata keçirən şirkət kimi də dövlət satınalmalarına qatılır və qalib seçilir. Nümunə olaraq "N" saylı hərbi hissə ilə şirkət arasında 2023-cü ildə bağlanmış satınalma müqaviləsini göstərmək olar. Maliyyə dəyəri 46 018,75 manat olan həmin müqavilədə tikinti materiallarının satın alınması nəzərdə tutulur.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədədir. Mahir Abbaszadə həm də keçmiş deputatdır. Parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edib.
Mahir Abbaszadə ilə "Məişət İst" MMC arasında hər hansı bağlılığın olub-olmadığı bəlli deyil. Bu müəmmanı nə şirkət, nə də Fondla aydınlaşdırmaq mümkün olub.
Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?