yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatlardan Türkiyəyə qarşı qərəzə ETİRAZ

Deputatlardan Türkiyəyə qarşı qərəzə ETİRAZ
2-05-2017, 12:50 58 422 dəfə baxılıb

Bu gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. Parlamentin gündəliyindən 14 məsələ var.
Milli Məclis sədri Oqtay Əsədov bildirib ki, AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı verilən qərar qərəzdir.
“Türkiyə 13 il əvvəl postmonitorinqdən monitorinq altına qaytarıldı”.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov isə bildirib ki, Avropada son zamanlar islamofobiya, radikalizm, millətçilik baş alıb gedir.
“Biz bunu konkret hansısa ölkələrdə görürük. Biz bu tendensiyanı hansısa televiziya proqlarını izləyərək, müşahidələrimizi apararaq hiss edirik. Biz həmişə AŞPA-da və Avropa Parlamentində də ikili standartlar görmüşük”.
Deputat qeyd edib ki, AŞPA-nın yaz sessiyasında Türkiyə ilə bağlı təqdim edilən məruzə qəbuledilməzdir.
“Terrorçu təşkilat kimi tanınan PKK bu məruzədə terror qruplaşması kimi təqdim olunmurdu. Türkiyədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhd terror hərəkəti kimi qiymətləndirilməyib”.
Səməd Seyidov bildirib ki, Türkiyənin AŞPA-da olan nümayəndə heyəti rəsmi Ankaraya qarşı atılan bu addımı heç də müsbət qarşılamadı.
“Onlar dedilər ki, Türkiyəni monitorinq altına qaytarmaqla Türkiyədə daha çox problem yaratmaq istəyirsiniz. Onlar bəyan etdilər ki, bununla Türkiyəni Avropadan ayırmaq istəyirlər. Türkiyəyə Avropada daha çox problem yaratmaq niyyətləri güdürlər. Görürsünüzmü, Avropa Şurasında yaranan bu vəziyyət Türkiyəyə qarşı qərəzdir. Türkiyə nümayəndə heyəti isə bundan sonra iclaslarda iştirak etməmək haqda qərar verdi. Baxın görün, AŞPA-da necə böhranlı vəziyyət yaranıb”.
Səməd Seyidov bildirib ki, bu cür proseslər ikili standartların bariz nümunədir.
“Mən xahiş edirəm ki, həmkarlarım da bu ikili standartlara münasibət bildirsinlər. Bu ikili standartlar Azərbaycana da, Türkiyəyə də Avropada problem yaradır”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qarshi, Deputatlardan, qereze, Turkiyeye, ETRAZ
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ