SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Azərbaycanın QARABAĞ SİYASƏTİNİ AÇIQLADI - "Biz istədiyimizə nail olacağıq"

Prezident Azərbaycanın QARABAĞ SİYASƏTİNİ AÇIQLADI - "Biz istədiyimizə nail olacağıq"

Tarix:

6-11-2018, 09:39

/ 1 135 dəfə oxundu.
Prezident Azərbaycanın QARABAĞ SİYASƏTİNİ AÇIQLADI - "Biz istədiyimizə nail olacağıq"

"Bu gün Azərbaycan hərbi baxımdan nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü dövlətlər sırasındadır. Biz hərbi qüdrətimizi bundan sonra da artıracağıq və hesab edirəm ki, bu, danışıqlar üçün ən vacib amillərdən biridir".

Bunu noyabrın 5-də Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının tamamilə kənara qoyulduğunu qeyd edib:

"Əfsuslar olsun, beynəlxalq hüququn normaları tamamilə kənara qoyulur. Biz istədiyimizə nail olacağıq. Biz ədalət tələb edirik. Biz tələb edirik ki, tarixi torpaqlarımız işğalçılardan azad edilsin və ediləcəkdir. Azərbaycan dövləti bu müqəddəs məqsədə çatmaq üçün bundan sonra da bütün lazımi tədbirləri görəcək. Ümid edirəm ki, Ermənistan rəhbərliyi bölgədə yaranmış vəziyyəti düzgün təhlil edərək, öz işğalçı qüvvələrini tezliklə bizim torpaqlarımızdan geri çağıracaqdır. Əks təqdirdə, istənilən variant mümkündür və biz istənilən varianta hazırıq".

Şərhlər

XƏBƏR LENTİ