yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Deputatlar növbədənkənar prezident seçkilərini şərh etdilər

Deputatlar növbədənkənar prezident seçkilərini şərh etdilər
6-02-2018, 14:14 111 dəfə baxılıb

Aprel ayının 11-də keçiriləcək prezident seçkilərində cənab Prezident İlham Əliyevin qələbə qazanaraq, qarşıdakı 7 il müddətində də Azərbaycana rəhbərlik edəcəyinə əminəm.
Bunu bitərəf (müstəqil) millət vəkili Qənirə Paşayeva aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı münasibətini bildirərkən deyib.
“Azərbaycan xalqının böyük əksəriyyətinin yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklərinə də əminəm. Mən də hər zaman olduğu kimi, o, dəstəkçilərdən biri olacam. Ölkəmiz və Millətimiz üçün seçkilər xeyirli və uğurlu olsun, inşallah!”-deyən millət vəkilinin sözlərinə görə, bölgədə gedən ağır proseslər fonunda ölkəmizdə sabitliyin davamı inkişaf üçün ən önəmli məsələdir:
“Xalqımızın da belə düşündüyünə və bu seçkilərdə də ölkəmizdə sabitlik və inkişafa dəstək olacaqlarına əminəm. Allah hər zaman ölkəmizə və xalqımıza yardımçı olsun”.
Digər bitərəf millət vəkili, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva da aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkə Prezidentinin məlum sərəncamını alqışlayıb və təqdir edib:
“Bu Sərəncam da hər birimizin, bütövlükdə xalqımızın ürəyincədir. Çünki xalqımız, Azərbaycan vətəndaşları ölkədə sabitliyin qorunub, saxlanılması, sürətli və dinamik inkişafın bundan sonra da davam etdirilməsi üçün indiki hakimiyyətin iqtidarda qalmasını, konkret olaraq, ölkə
Prezidenti İlham Əliyevin daha 7 il müddətinə prezident olmasını, növbəti 7 il müddətinə mandat almasını istəyir. Əslində Azərbaycan xalqı seçkilərdən öncə də öz müdrik seçimini edib. Azərbaycan xalqının mütləq əksəriyyətinin, bizim hər birimizin seçimi, növbəti dəfə prezident görmək istədiyi insan təbii ki, cənab Prezident İlham Əliyevdir. Başqa cür də ola bilməz.
İlham Əliyev cənabları bunu son 15 illik uzaqgörən və müdrik fəaliyyəti haqq edir. Hər birimiz fəxr edir və qürur hissi keçiririk ki, İlham Əliyev kimi prezidentimiz, liderimiz var. Onun rəhbərlik etdiyi ölkənin vətəndaşı olmaq hər birimiz üçün fəxarətdir. Ona görə də növbədənkənar prezident seçkilərinin elan olunması ilə bağlı məlum sərəncamı bir daha ürəkdən bəyənir, dəstəkləyir və xalqımız, dövlətimiz üçün xeyirli olsun, deyirəm”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: novbedenkenar, Deputatlar, etdiler, sechkilerini, prezident, sherh
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ