XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » "Prezident İlham Əliyev yeni reallıqlar yarada bilən liderdir" - Ülvi Quliyev

"Prezident İlham Əliyev yeni reallıqlar yarada bilən liderdir" - Ülvi Quliyev

"Prezident İlham Əliyev yeni reallıqlar yarada bilən liderdir" - Ülvi Quliyev
12-04-2021, 15:57

"Bu gün məhz cənab Prezident İlham Əliyevin uzaqgörən və müdrik, cəsarətli siyasəti nəticəsində Qarabağ kimi Azərbaycanın qarşısında duran ən mürəkkəb bir münaqişə həll olunaraq tarixə çevrildi. Uzun illərdən sonra Azərbaycan öz torpaqları üzərində Qələbə çalaraq tarixi ədaləti bərpa etdi".
Bunu "Ölkə.Az"a açıqlamasında millət vəkili Ülvi Qulyev 2018-ci il prezident seçkilərində xalıqn etimadını qazanan cənab Prezident İlham Əliyevin 3 illik fəaliyyətini şərh edərkən deyib.
Millət vəkilinin sözlərinə görə, cənab Prezident seçkilərindən sonra bəyan etdiyi bütün proqramlar icra olunur və ardıcıllıqla qarşıya qoyulan hədəflərə nail olunur

"Cənab Prezidentin özünün də dediyi kimi prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşımıza açıq-aydın hədəflər qoyuldu. Biz ardıcıllıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq. Məhz cənab Prezidentin son 3 illik fəaliyyəti və Qarabağ kimi çox mürəkkəb bir münaqişənin həlli nəticəsində təkcə Azərbaycanda deyil, ümumiyyətlə bölgədə yeni bir vəziyyət yaradıb", - millət vəkili qeyd edib.

Millət vəkili bildirib ki, bu gün cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycan bölgədə və dünyada yeni reallıqlar yaradan bir ölkəyə çevrilib: "Azərbaycanın təşəbbüsləri ilə həyata keçən bir çox layihələr bölgəyə yenilik gətirməklə, əməkdaşlığın yeni formatlarını yaradıb. Qarabağ münaqişəsinin həllindən sonra isə bölgədə yeni bir regional əməkdaşlıq formatı yaranıb. Prezidentin yürütdüyü bu siyasətdən təkcə Azərbaycan deyil, bütövlükdə bütün region ölkələri və qonşu bölgələrin ölkləri faydalanmaqdadır. Bunu artıq bölgə ölkələrinin rəhbərləri də etiraf etməkdədir. Gürcüstan Prezidenti Salome Zurabişvili də bildirmişdi ki, İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir. Məhz İlham Əliyevin liderlik etdiyi Azərbaycanın gerçəkləşdirdiyi infrastruktur layihələri qonşu Gürcüstanın dövlət müstəqilliyinin gücləndirilməsinə təkan verməklə bu ölkədəki demokratik inkişafın əsasında dayanır. Bu gün İlham Əliyev Qafqazın siyasi lideri olmaqla bu bölgədə tarazlığın, sabitliyin və inkişafın əsas qarantlarındandır. Bu gün əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət təkcə Cənubi Qafqaz deyil, ümumiyyətlə digər qonşu region ölkələri də faydalanmaqdadır. Çünki cənab Prezident Azərbaycanın hərtərəfli davamlı və dinamik inkişafını region və dünya ölkələrinin birgə inkişafında görür. Odur ki, cənab Prezident Azərbaycanın yerləşdiyi coğrafi məkanın imkanlarından maksimum yararlanıb, qlobal çağırışlara zamanında çevik reaksiya verməklə, bölgənin əsas oyunçularından birinə çevirmiş oldu. Bununla da Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmlətmiş oldu. Bu siyasət həm Azərbaycanın təhlükəsizliyinin və davamlı iqtisadi inkişafını, bununla da güclü bir dövlətə çevrilməsini təmin etmiş olur. O baxımdan da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı dönəmdə daha ciddi uğurlara imza atacaq".

Millət vəkili onu da əlavə edib ki, hazırda ölkə başçısının qarşısında duran əsas hədəf işğaldan azad edilən ərazilərdə Böyük qayıdışı təmin etməkdir: " İşğaldan azad olan bölgələrin inkişafı və normal həyatın təmin olunması ilə bağlı cənab Prezidentin mövqeyi ortadadır və bu hamıya bəllidir. Cənab Prezident bunu dəfələrlə bəyan edib. Əminəm ki, qısa zaman ərzində işğaldan azad olunan ərazilərdə normal həyat təmin olunacaq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.