SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmləndirilir

Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmləndirilir

Tarix:

17-01-2018, 13:48

/ 1 421 dəfə oxundu.
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq möhkəmləndirilir

Bu gün Bakıda Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ