Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri birgə təlimlər KEÇİRƏCƏK
Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirəcək.
Bu məsələ müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşündə müzakirə olunub.
Görüşdə hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına cavab verdiyi əsas gətirilərək bu istiqamətdə səylərin daha da artırılmasının zəruriliyi vacib hesab edilib.
Müzakirələr zamanı Azərbaycan Ordusu ilə Pakistan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 15-də Pakistanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək