yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Mineral daşların şəfası

Mineral daşların şəfası
14-04-2017, 14:53 106 650 dəfə baxılıb
yüklənir...

Litoterapiya alternativ təbabətin inkişafında yeni bir sahə sayılır və onu bəzən XXI əsrin təbabəti də hesab edirlər. Litoterapiya təbii daşların orqanizmə kimyəvi deyil, energetik təsirini öyrənir. Əslində litoterapiya anlayışı geniş mənada daş, metal, lil, gil və mineral sularla müalicəni əhatə edir. Belə hesab edilir ki, daşların vibrasiyası insan orqanizminin vibrasiyasına bərabərdir və orqanizmdə energetik axını optimal formada stimullaşdırır. Daşlarla müalicə ilk dəfə Hindistanda tətbiq edilib. Son illər Fransa, Almaniya və digər ölkələrdə onun öyrənilməsinə böyük maraq göstərirlər.
Daşların magik və müalicəvi təsir xüsusiyyətləri qədim əsrlərdən qaynaqlanır. Demək olar ki, bütün daş minerallarının müalicəvi xüsusiyyəti var. Qədim Yunanıstanda tapılmiş eramizdan əvvələ aid manuskriptdə daşların təsir gücü haqqında məlumatlar var. Qədim Misir papiruslarında da daşların müalicəvi xüsusiyyətləri barədə reseptlər öz əksini tapıb.
Tibet həkimləri tibbi traktatlarda 58 mineraldan hazırlanmış dərmanlardan, qədim ərəb həkimləri isə xəstəliklərin müalicəsində müxtəlif minerallardan istifadə ediblər. Əslində litoterapiyanın tətbiqi Aristotel, Pliniy, Cabir ibn Xəyyam, İbn Sina, Məhəmməd ibn Zəkəriyyə ər-Razi, Əl-Biruni, Paratsels kimi məşhur təbiblərin adı ilə bağlıdır. Məşhur astronom Nikolay Kopernikin sapfir, yəşəm daşı, kəhrəba və digər müalicəvi daşların tozundan hazırladığı müxtəlif yazılı reseptlər Polşadakı Krakov muzeyində saxlanılır.
Qiymətli daşların qan qrupuna uyğun təsnifatına görə, sarımtıl-narıncı rəngdən qırmızı, purpur rəngə qədər olan daşlar I, qırmızı, narıncı, mavi, yaşıl və bənövşəyi rənglərdə olanlar III, mavi və yaşıl rənglərdə olanlar II və IV qan qrupları üçün düşərlidir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: daşların, müalicəvi, energetik, müxtəlif, qırmızı, narıncı, Əslində, təsir, xüsusiyyətləri, qədim, həkimləri, Qədim, digər, rənglərdə, Litoterapiya, olanlar, yaşıl, reseptlər, hesab, minerallardan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ