yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qocalmanı ləngidən MÖCÜZƏVİ İÇKİ - Həftədə 3-4 dəfə için

Qocalmanı ləngidən MÖCÜZƏVİ İÇKİ - Həftədə 3-4 dəfə için
7-12-2017, 16:41 187 dəfə baxılıb

Hələ qədim zamanlardan şərq təbibləri, loğmanlar cavanlığın ömrünü uzatmaq üçün bir çox üsullardan istifadə ediblər. Elə müasir dövrdə də uzunömürlülük üçün xalq təbabətində müxtəlif cövhərlər, təlimlər, içkilərdən geniş istifadə olunur.

Vaxtsız qocalmanın qarşısını alan daha bir xalq təbabəti vasitəsi haqqında yazını təqdim edirik.

Orqanizmin qocalmasını ləngitmək üçün normal qan dövranı, orqanizmin vitamin və minerallarla təmin olunması, daxili orqanların, xüsusilə, qaraciyərin zərərli maddələrdən təmizlənməsi, yuxu rejiminin qaydada olması, sinir sisteminin normal fəaliyyəti və maddələr mübadiləsinin düzgün tənzimlənməsi vacib faktorlardır. Eyni vaxtda sadalananları qaydasında saxlamaq yəqin ki, çoxları üçün müşkül məsələdir. Ancaq mümkünsüz də deyil.

Xalq təbabətinin təqdim etdiyi və ev şəraitində hazırlanması mümkün olan bu içki sizi bir çox problemlərdən xilas etməklə yanaşı, qocalmağınızı da ləngidəcək.

Bu içki necə hazırlanır?

100 qram təzə çəkilmiş naringi şirəsinin üzərinə 200 qram ilıq su əlavə olunur. 2 çay qaşığı bal və üyüdücüdən (blender) keçirilən 2 xörək qaşığı qoz alınmış məhlulun üzərinə əlavə edilərək qarışdırılır.
Hazır içkini tələsmədən qurtum-qurtum içmək lazımdır.

Həftədə 3-4 dəfə bu möcüzəvi içkidən istifadə etməklə siz özünüzdə aşağıdakıları müşahidə edəcəksiniz:

1. Dəriniz daha təravətli görünəcək;

2. Daimi yorğunluq sizi tərk edəcək;

3. Dərin və sağlam yuxuya malik olacaqsınız;

4. İştaha və həzm problemləriniz aradan qalxacaq;

5. Qaraciyər, öd kisəsi və bağırsaqlarınız zərərli maddələrdən təmizlənəcək;

6. Əsəbləriniz yerində olacaq, hər adi şeyə qıcıqlanmayacaqsınız;

7. İntim həyatınızda müsbət dəyişikliklərin şahidi olacaqsınız;

8. Özünüzü gümrah və sağlam hiss edəcəksiniz.

Siz də bu vasitədən istifadə edin ki, məşhur mahnıda deyildiyi kimi, cavanlığınız çox illərə sinə gərsin. Və onu da unutmayın ki, istənilən xalq təbabəti vasitələrindən istifadə zamanı orqanizmin fərdi bioloji xüsusiyyətlərinin həmin vasitəyə uyğunluğunu bilmək üçün həkimlə məsləhətləşmək vacibdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: lengiden, , 3 4, ichin, ChK, Heftede, Qocalmani, defe, MOCUZEV
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected].com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ