yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Qızlıq pərdəsi öz-özünə bərpa ola bilərmi? – HƏKİM RƏYİ

Qızlıq pərdəsi öz-özünə bərpa ola bilərmi? – HƏKİM RƏYİ
10-10-2017, 12:10 82 632 dəfə baxılıb

Qızlıq pərdəsi qadın genital sisteminin bir parçasıdır. Ailem.az türkiyəli ginekoloq Turqay Karakayanın qızlıq pərdəsi haqqında maraq doğuran bütün suallara cavabını diqqətinizə çatdırır.

Qızlıq pərdəsi vaginal girişi əhatə edən pərdə formasında bir toxumadır. Ən çox görülən forma aypara şəklində olandır. Menstruasiya qanının və axıntının bayıra axmasına asanca icazə verir: “Qızlıq pərdəsi çox müxtəlif şəkillərdə ola bilər, amma bu formaların elə də bir əhəmiyyəti yoxdur. Sadəcə tamamilə bağlıdırsa və aybaşı qanını bayıra buraxmırsa, bu, bir problemdir və cərrahi olaraq açılması şərtdir. Bu edilməzsə, həm əlaqə olmaz, həm də daxili genital sistemdə qalıcı problem yarada bilər”.

Ginekoloq bildirir ki, qızlıq pərdəsi cinsi əlaqə zamanı qanayacaq deyə bir qayda yoxdur: “Əsasən 10 pərdədən ancaq 7-si ilk əlaqədə qanayar. Digərləri ya elastikdir, ya əlaqəyə uyğundur, ya da qanama yaratmayacaq qədər genişdir. Qızlıq pərdəsinin ilk əlaqədə yırtılaraq qanaması tarix boyu bakirəliyin bir işarəsi olub. Amma pərdə sadəcə əlaqə ilə pozulmur. Ağır idman, uzun müddətli velosipedə minmə, qəza ilə sərt bir cismin vaginaya dəyməsi kimi hallarda da pərdə zərər görə bilər. Bunlardan heç biri olmayıbsa, pərdə sağlamdır. Pərdənin ən sıx yırtılma səbəbi təbii ki, cinsi əlaqədir. Penis vaginaya doğru itələnirsə, pərdə yırtılır. Yırtılma an məsələsidir. Çox qısa zamanda belə, meydana gələ bilər. Yırtılmanın əsas göstəricisi ağrı və az, ya da çox qanamadır. Bu qanama bir, yaxud bir neçə gün davam edə bilər. Təkrarlanan əlaqələrdə təkrarlanan qanamalar yarana bilər.

Yırtılma zamanı bəzən ağrı və qanama çox olmaz. Cinsəlliyin vermiş olduğu zövq və həyəcan arasında hiss etməyə bilərsiniz. Bəzən də əgər pərdə qalın formadadırsa, ağrı daha çox ola bilir. Damardan daha zəngin bir yerdən yırtılmışsa, qanama miqdarı çox ola və bir neçə gün sürə bilər. Əgər qanama çoxdursa, bu halda tikiş ataraq qanamanı dayandırmaq lazımdır. Qızlıq pərdəsini keçici, ya da qalıcı olaraq birləşdirə bilərsiniz. Yəni bunu əməliyyatla etmək mümkündür”.

Bəs qızlıq pərdəsi bərpa oluna bilərmi? Həkim deyir ki, yırtılan pərdənin bədənin digər toxumaları kimi, öz-özünü bərpa etmə xüsusiyyəti yoxdur: “Pərdənin yırtıq olub- olmamasını ginekoloqdan başqa heç bir həkim təyin edə bilməz. Öz-özünüzə pərdəni müayinə etməyə başlasanız, bu vəziyyətdə pərdəyə daha çox zərər verər və yenidən tikilə bilmə şansını azalda bilərsiniz”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: berpa, HEKM, oz ozune, REY, perdesi, Qizliq, bilermi, ola
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-12-2017


14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ