yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Günəbaxan tumunun faydaları

Günəbaxan tumunun faydaları
9-08-2017, 16:03 137 825 dəfə baxılıb
yüklənir...

Günəbaxan tumu esensial yağ turşuları, vitaminlər və mükəmməl mineral qaynağıdır.
Günəbaxan tumu tərkibində olan E vitamini və fol turşusu ilə ürək-damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki E vitamini orqanizmə antioksidant təsir göstəməklə yanaşı, orqanizmi sərbəst radikallara qarşı qoruyur.

Günəbaxan tumları hüceyrələrə dəyə biləcək zərərləri aradan qaldırmaq və beyin sağlamlığını qorumaq qabiliyyətinə malikdir. Bağırsağın işini rahatlaşdıraraq metobolizmi sürətləndirmək qabiliyytinə malikdir. Günəbaxan tumunun tərkibində olan təbii fol turşusu və yağ turşuları damar xəstəliklərinin sağalmasına yardım edir.

Günəbaxan tumu bağırsaqlarda olan toksinlərin orqanizmdən xaric olunmasına yardım edir və bununla da xərçəng riskini və xolesterolu azaldır.

Günəbaxan tumu tərkibində olan triptofan maddəsi ilə beyində əmələ gələn seratoninin miqdarının artmasına səbəb olur.

Günəbaxan tumu tərkibində olan vitaminlər sayəsində osteoartrit, astma və revmatoid artrit xəstəliklərinin əlamətlərinin azalmasına səbəb olur.

Günəbaxan tumu orqanizmdə olan iltihab əlamətlərinin də aradan qalxmasına yardım edir. Tərkibindəki maqnezium və kalsium sümük sisteminin möhkəmlənməsinə yardım edir, sümük toxumasının əriməsinin qarşısını alır.

Tərkibində olan doymuş və doymamış yağlar sayəsində günəbaxan tumu qanda xolesterolun normallaşmasında faydası böyükdür.

Günəbaxan tumu əzələlərin rahatlaşmasına səbəb olur, qan təzyiqini aşağı salır, immuniteti artırır.
Günəbaxan tumu qalxanvari vəzin fəaliyyətinə də təsir göstərir, tiroid pozğunluqlarını aradan qaldırmağa kömək edir.

Günəbaxan tumunda saçların uzanması üçün vacib olan vitamin və minerallar var .Protein qaynağı olan bu tum saçların canlılığını artırır və onların canlanmasına yardım edir.
Günəbaxan tumu klimakteriya əlamətlərinin azalmasına, dərinin qocalmasının qarşısının alınmasına yardım edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: faydalari, Gunebaxan, tumunun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ