yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Cahangir Əsgərovu mənə qarşı doldurublar...”

“Cahangir Əsgərovu mənə qarşı doldurublar...”
31-05-2017, 14:39 57 799 dəfə baxılıb

May ayının 28-30-da İWF-nin (Beynəlxalq Ağır Atletika Federasiyasının) hesabat-seçki konfransı baş tutub. Bu konfransda Olimpiya dərəcəli hakim Vahid Nəzərovun Texniki komitəyə və Elmi şuraya namizədliyi irəli sürülüb və qeydə alınıb. Bunun üçün də V.Nəzərov mayın 28-də həmin konfransda iştirak etmək üçün Taylanda səfər etməli idi. Ancaq nədənsə, azərbaycanlı hakimin belə bir önəmli konfransda iştirakı mümkün olmayıb. Qəribədir ki, Milli komandanın sabiq baş məşqçisi, SSRİ idman ustası, ağır atletika sayəsində ilklərə imza atan Nəzərova səlahiyyətli qurumlar da kömək edə bilməyib. Onu da qeyd edək ki, Nəzərov IV İslam Həmrəylik Oyunlarında münsiflər heyətinin prezidenti olub. V.Nəzərov iddia edib ki, nədənsə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbəri Cahangir Əsgərov onun telfonlarına cavab vermir və ondan qaçır...

V.Nəzərov məsələ ilə bağlı danışıb. O, dediklərinin Cahangir Əsgərovun qulağına çatmasını istəyir.

- Vahid müəllim, konfransında niyə iştirak edə bilmədiniz?

- Əvvəlcə bildirim ki, bu konfransda yeni federasiya rəhbərləri, rəyasət heyəti, vitse-prezidentlər, icraiyyə komitəsi, texniki komitə seçilir. Bu önəmli konfransda mənim namizədliyim də yerli federasiya tərəfindən göndərilmiş, Beynəlxalq qurum tərəfindən də qeydə alınmışdı. Mən də getməməyimizi bir-iki gün öncə öyrəndim.
Bizi İctimai TV-yə dəvət etmişdilər. Oradan çıxdıqdan sonra yerli federasiyanın baş katibi Rizvan Rəsulova yaxınlaşdım və nə vaxt gedəcəyimizi soruşdum. O dedi ki, Cahangir Əsgərov getməyə icazə vermir. Dedim başa düşmürəm, namizədliyimin qəbul olunması üçün adımı göndəribsə, indi niyə icazə vermir?

- Bəs Azərbaycandan o konfransa kim iştirak edib?

- Bizdən həmin konfransa 3 nəfər gedib. Gedənlər Tofiq Heydərov, Rizvan Rəsulov olub. Birini də heç tanımıram. Guya bizdə rəyasət heyətinin üzvüdür. Onları da həmin konfranda heç kim tanımır. Yalandan gəlib oturublar. Yəni, həmin adlarını sadaladıqlarım şəxslərin orada nəysə çıxış etməsi mümkün deyildi.

- Sizə kim mane oldu?

-Milli federasiyanın prezidenti Cahangir Əsgərova mənim barəmdə dezinformasiyalar çatdırırlar. Ümumiyyətlə onun üzünü görmürük, görüşə bilmirik. Mən ona 3-4 dəfə zəng etdim. Nəhayət götürdü telefonu amma fikrimi deyə bilmədən dəstəyi asdı.
Federasiyanın rəsmilərindən birinə məsələ ilə bağlı müraciət etdim. Ona dedim "niyə məni göndərmirlər? Cahangir müəllim də mənim zənglərimə cavab vermir”.
Məsələ barədə Cahangir müəllimə danışa bilməsəm də həmin rəsmi şəxsə dedim. O da bildirdi ki, Xorvatiyadakı problemi sənin üstünə atıblar. Başa saldım ki, bunların mənə aidiyyatı yoxdur, mən Avropa Federasiyası hesabına getmişəm. Mənim heç bir əlaqəm yoxdur.
Belə ki, bir müddət öncə Xorvatiyaya yarışa gedən azərbaycanlılar son anda geri qaytarıldı. Mən də həmin yarışa Avropa Ağır Atletika Federasiyası tərəfindən hakim kimi dəvət almışdım. Ora gedərkən Azərbaycandakı qurumlara heç bir aidiyyatım yox idi. Həmin yarışa komandadan 9 nəfər gedib, 4 nəfəri idmançı idi. Qalanı masajçı və başqa şəxslər idi. Yarışa Oqtay Muxtarov da gedirdi. Muxtarov da Gənclər və idman Nazirliyi tərəfindən sərəncamla həmin turnirə göndərilirdi. Halbu ki, ora milli yığma komandanın baş məşqçisi getməlidir. Baş məşqçi olmadığı üçün Oqtay Muxtarov getdi. Hazırlaşırdıq getməyə bir də həmin GİN tərəfindən göndərilən şəxs mənə yaxınlaşdı, həyəcanlı şəkildə.... Ona AAAF-ın baş katibi R.Rəsulov zəng vurub.
"Bəs Vahid müəllim idmançılarımız çirkdirlər (yəni qanlarında dopinq var). Tez komanda geri qayıtmalıdır”
Başa düşmürəm onlar özləri yoxlayıb və qanunsuz maddə aşkarlayıblarsa, niyə göndərirlər. Dedim yaxşı qayıdın. Biz təyyarəyə oturanda R.Rəsulov Oqtaya yenə zəng etdi ki, idmançılardan 2 nəfər təmizdir, 2 nəfər "çirkdir”. İdmançılardan 2-sini aparın, digər 2 nəfəri də qaytarın Azərbaycana... Yenidən gedib AZAL-ın işçisinə xahiş etmişəm 2 nəfərin yükünü baqajdan almışıq və göndərmişik. Xorvatiyaya çatanda mən gəlib akreditasiyamı aldım. Qalacağım otağa çıxanda Oqtay Muxtarov gəldi ki, yenə zəng olunub və deyirlər bir nəfər də qalmasın, hamı geri qayıtsın. Dedim böyük skandal olacaq. Artıq onlar akreditasiyadan keçirdilər.
Baxın, qadınlardan ibarət millinin baş məşqçisi moldovalı Nataliya Prişepa isə Azərbaycan tərəfindən həmin yarışa millinin üzərində ezam olunub. Ancaq o həmin yarışa öz ölkəsini təmsil edən idmançı kimi çıxır. Əgər bizim qadın idmançılarımız həmin yarışa çıxmırsa, o nəyə görə gedib? Sadəcə orada həmin xanıma dedim ki, bizim çörəyimizi yeyirsiz, amma öz ölkənizin adına yarışa çıxırsız. Sual yaranır ki, o millinin baş məşqçisidirsə, hazırlığı necə keçir? Deməli bizim hesabımıza məşqlərə qatılır, Moldova adına yarışa çıxır.
Burada hər şeyi mənim adıma yazıblar. Guya komandanı heç kimə demədən mən aparmışam. Buna görə də Cahangir müəllim telfonlarıma cavab vermir, məni eşitmək istəmir. Hətta mən orada keçirilən bir konqresə dəvət almışdım. Azərbaycanı təmsil edirdim. Aropa Ağır Atletika Federasiyasının baş katibi Həsən Akkuş mənə yaxınlaşdı ki, bəs sizin komandanız haradadır? Onu kənara çəkib söhbət etdim və problemi izah elədim. Bildirdim ki, İslam Həmrəylik Oyunları keçiriləcək. Federasiya, rəhbərliyimiz də ehtiyat ediblər ki, birdən nəsə problem yaranar. Ona görə bizə kömək et. Sağ olsun o da gedib siyahıdan bizimkiləri çıxardı və Azərbaycanın adını da çəkmədilər. Bu mənim köməyim, amma haqqımda deyilənə baxın.

- Cahangir müəllimlə sizin zənginizə cavab verib dəstəyi asmamışdan əvvəl heç bir fikir bildirmədi?
- Az əvəl də dediyim kimi, Cahangir müəllim bir neçə dəfədən sonra zəngimə cavab verdi. Cavab verəndə də deyir ki, "Niyə axşam zəng edirsiniz?”
Bildirdim ki, iş vaxtı siz dəfələrlə yığdım açmadınız, mən də məcburiyyət qarşısında qalıb 21:50-də də zəng etdim. Sizinlə təcili işim var dedim. O isə dəstəyi asdı, məni dinləmədi.
Onun qulağını mənim əksimə sözlərlə doldurublar axı... Bildirmək istəyirdim ki, o məsələdə mənim heç bir günahım, əlaqəm yoxdur. Bunları mənim üstümə niyə atırsınız?
Cahangir müəllimlə görüşə bilmirik deyə onun gerçəklərdən xəbəri yoxdur. Baxın, yerli federasiyanın hesabat-seçki komitəsi oldu. Özlərindən siyahı tərtib edib qurum rəhbərinə verdilər ki, bu nazmizədlər seçilib. Halbuki özlərinin adamlarıdır gətiriblər. Rəyasət heyətinin üzvlərindən sadəcə 2 nəfər bu sahədə təcrübəsi olan şəxsdir. İki nəfərdən biri mənəm... Qalanları isə biznesmenlərdir, gətirib yığıblar ora...
Ötən il də belə bir hal başıma gətirdilər. Avropa Ağır Atletika Federasiyasının hesabat-seçki konfransı oldu. Orada texniki komitəyə namizədlik vermişdim. Ora da gedə bilmədim, məni göndərmədilər. Amma həmin yerə erməni Paş Allahverdiyan keçdi. Mən gedə bilmədiyim üçün keçmədim.
Hazırda da ali savadı, təcrübəsi olmayanları komandanın başına gətiriblər. 6 aydan bir məşqçi dəyişərlər? Mən heç ora yaxın getmirəm. Məşqçinin kim olduğunu belə bilmirik.

Unikal.org


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Cahangir, doldurublar, qarshi, Esgerovu, mene
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ