yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Tahir İmanov televiziya rəhbərlərini "topa tutdu" - "Efiri səviyyəsiz verilişlərlə doldurublar"

Tahir İmanov televiziya rəhbərlərini
1-05-2017, 11:56 60 619 dəfə baxılıb

Tahir İmanov televiziya rəhbərlərini "topa tutdu" - "Efiri səviyyəsiz verilişlərlə doldurublar"
Tarix: Bu gün, 11:32 | Çap et
Tahir İmanov televiziya rəhbərlərini "topa tutdu"
Respublikanın Əməkdar artisti Tahir İmanovun rəhbərlik etdiyi “Planet parni iz Baku” komandasının ikigünlük “TV-yə giriş qadağandır” konserti başa çatdı. Amma bu konsert çox fərqli oldu. Belə ki, 25 ildən bəri H.Əliyev sarayında çıxış edən “KVN”şiklərin bu konsertində ilk dəfə olaraq televiziya kanalları iştirak etmir, çəkiliş aparmırdılar. Bunu özünəməxsus yumorla qarşılayan Tahir İmanov məsələni belə izah etdi:
“Konsertin adından da göründüyü kimi bu gün ancaq bizim kameramanlar çəkiliş aparırlar. Çünki bu, televiziya kanallarının bizə artıq 2 ilə yaxındır ki, qoyduqları qadağalara bir cavabdır. Qadağaları isə çox sadə şəkildə izah edirlər: sizin replikalar kiminsə acığına gəlir, kimisə qıcıqlandırır. Ən təəssüf doğuran məqam da odur ki, kanallarımız bizim əvvəlki illərdə keçirtdiyimiz konsertləri də yayımlamırlar. Halbuki, o konsertlərdə Ulu öndərin özü belə iştirak edirdi və biz onun hüzurunda belə o parodiyaları edir, səhnəcikləri göstərirdik”.
Bəs görəsən televiziya kanalları Azərbaycan “KVN”nin adını tarixə yazdıran, “Əsrin çempionu” statusu qazanmış bir komandaya olan biganə münasibəti rəsmi qurumlara nə cür izah edir?
Tahir İmanov bu sualı da eyhamla cavablandırır:
“(əli ilə yuxarıya işarə edir…) Deyirlər ki, onlar çətin adamlardır, onlarla dil tapmaq olmur. Düz deyirlər. Biz doğrudan da çətin adamlarıq. 25 ildir ki, biz bu səhnədən tamaşaçıya əsl sənəti təbliğ etdik: tofiq quliyevləri, süleyman ələsgərovları, yaşar nuriləri, telman adığözəlovları, fazil salayevləri və başqalarını… Bu, doğrudan da çətin işdir. Asan iş isə səviyyəsiz və bayağı verilişlərlə efiri doldurmaqdır. Rəhmətlik Tofiq Quliyev indi sağ olsaydı, yəqin ki ona da “çətin adam” deyərdilər. Reytinq toplamaq üçün onu da şərləyər, qadağa qoyardılar. Bir də ki niyə məhz biz indi “çətin adam” olduq? Məgər “asan adam” olmaq üçün mütləq bizim konsertlərimə ölkə rəhbərliyi gəlməlidir? Hörmətli televiziya rəhbərləri, özünüzü yormayın, onsuz da bu suallara cavab tapa bilməyəcəksiniz. Və bir daha sizinlə razıyıq: bəli, biz çətin adamlarıq. Çünki ölkəmizi çətin illərdə təmsil etmişik, çətinliklərə baxmayaraq, Azərbaycanın bayrağını yüksəltmişik”.

Yeniçağ.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: bu, tapa, daha, Emekdar, televiziya, kameramanlar, 25, bu, bele, Chunki, qadagalara, edirler, manov, odur, ish, Biz, etdik, da, ile, meqam, chetin, bele, etmishik, biz, biz, da, kechirtdiyimiz, illerde, yayimlamirlar, 2, gosterirdik, konsertlerime, yukseltmishik, , o, seviyyesiz, chetinlik
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ