“Sənətkarlarımızın əksəriyyəti simasız və qorxaqdır” - Tahir İmanov
Əməkdar artist Tahir İmanov bəzi sənətkarları susmaqda ittiham edib.
Əməkdar artist Soçidə keçirilən festivalda separatçı erməni komandası ilə bağlı qalmaqalda, erməni əsilli və ermənipərəst müğənnilərin Bakıya gətirilməsi məsələsində susqunluq göstərən sənətkarları kəskin tənqid edib.
Tahir İmanov bu cür sənətkarları simasız və qorxaq adlandırıb: “Sənətkarlarımızın əksəriyyəti simasızdır. Əksəriyyəti, hamısı... O boyda Soso Pavliaşvili ilə bağlı qalmaqal oldu. Şou-biznesdən olanlardan biri də çıxıb bir söz demədi, dəstəkləmədi. Dəstəkləyən bizim klassik musiqimizi təmsil edən, böyük sənətkarlarımız Yalçın Adıgözəlov oldu, hansı ki, onun adı heç vaxt heç bir qalmaqalda hallanmayıb. Onun adını ancaq dünyanın ən böyük səhnələrindən eşitmişik. Daha sonra kim bu məsələyə qiymət verdi, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov... Amma dırnaq arası sənətkarların hamısı bir nəfər kimi susdu. Çünki əksəriyyəti qorxaqdır. Onlar ancaq onun-bunun arxasınca danışanda, öz şəxsi qarderobunu müzakirə edəndə, kreditlə hansı maşını aldığını açıqlayanda qorxmurlar. Millətinə, vətəninə, dövlətə və dövlətçiliyə aid bir məsələ ortalığa çıxanda hamı bir nəfər kimi susur. Təəssüflər olsun!”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...