yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: - ”Utanıb, xəcalət çəksin”

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: - ”Utanıb, xəcalət çəksin”
29-03-2017, 17:08 6 775 dəfə baxılıb
yüklənir...

Əməkdar artist, son vaxtlar yazdığı şeirləri ilə bəstəkarlıq və müğənniliyini kölgədə qoyan Elza Seyidcahanın AYB-ə üzv olmaq istəyi belə getsə, deyəsən baş tutmayacaq.

Birliyin katibi, xalq şairi Fikrət Qoca danışaraq, AYB-in mövqeyini ortaya qoyub.

– Fikrət müəllim, Elza Seyidcahanın AYB-ə üzv olmaq istəyindən xəbəriniz varmı?

– O xanım sadəcə olaraq öz arzularını dilə gətirib, konkret olaraq deməyib ki, AYB-ə üzv olacam. Hər kəsin arzuları var və o arzularla yaşayır.

– Elza Seyidcahan APA TV-nin “SHOW time” verilişindəki açıqlamasında deyib ki, yeni kitabının nəşr olunmasını gözləyir, çıxan kimi AYB-ə müraciət edəcək?

– Hələ ki, bizə müraciət etməyib. Eləyər, baxarıq. AYB-ə üzv olmaq üçün şərtlər var. O şərtlərə əməl olunduğu təqdirdə kimsə üzvlüyə qəbul oluna bilər. Fərqi yoxdur, müğənni olsun, şair olsun, ya bəstəkar.

– O hansı şərtlərdir elə?

– Ümumiyyətlə, o adam şair kimi fərqlənməlidir. AYB-də bunun üçün xüsusi komissiya var. Mən də o komissiyanın rəhbəriyəm. Həmin adamın üç kitabı işıqüzü görməlidir, ən azı üç adamın rəyi olmalıdır. Bizim məşhur klassiklərimiz AYB-in üzvü olublar. İndi bu quruma üzv olmaq istəyən adamlar nə vaxtsa o klassiklərin ruhundan utanmalıdır. Əgər adam zəif yazırsa, xəcalət çəkər, heç utandığından AYB-ə üzv olmaq istəməz. Lap adı şair də ola bilər, bəlkə də tanışlıqla-filan komissiyadan da keçə bilər, amma bu, ona heç nə verməz. Zaman yerində saymır. Zaman hamını süzgəcdən keçirir.

– Seyidcahanın şeirlərini bəyənirsiniz?

– Mənim o xanıma hörmətim var; bəstəkarlıq və müğənnilik edir. Amma şeirlərindən xəbərim yoxdur. O heç bizə müraciət də etmir, siz onu belə şişirdirsiniz. Heç inanmıram da etsin. Çox adam çox söz deyə bilər, lap iki kitabı da çıxa bilər. O kitab oxunacaq, müzakirə olunacaq, hər şey qərardan asılıdır.

– Bəlkə gözəl xanım, sənətçi olduğuna görə ona güzəşt ediləcək?

– Bura gözəllik sərgisi deyil, ola bilər kiminsə görkəmi gözəl deyil, çirkindir, amma gözəl şairdir. Amma kimsə lap dünya gözəli olsun, xeyri yoxdur, gedib gözəllik yarışına çıxıb, birinci yeri tuta bilər. Şairlik əbədiyyət üçündür, o şairlər qocalmır, həmişə eyni yaşda qalır. Onların şeirləri həmişə gəncdir. Elzaya gəlincə, lap tutaq ki, arzusundan danışıb, nə böyük günah edib ki? Dünyanın o qədər çətinlikləri var, bunun qarşısında Elzanın AYB-ə üzv olmaq istəyindən danışırsınız. O qədər problemlər var ki, onlardan danışın.

Yeniçağ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ