Elza şeir müsabiqəsində münsif oldu - Aləm qarışdı
ARB telekanalında "Xalqın şairi" adlanan yeni layihəyə başlanılır.
Məlumata görə, artıq verilişin seçim turları start götürüb. Müsabiqədə şairlik istedadı, şeir, sənət və bədii qiraət bacarığı olan iştirakçılar yarışacaqlar.
Müsabiqənin münsiflər heyətinin adları da bəllidir. Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi, aşıq Əhliman Rəhimov münsif kürsüsündə əyləşəcəklər.
Müsabiqə ilə bağlı ən təəccüb doğuran məqam isə münsiflər arasında əməkdar artist Elza Seyidcahanın adının olmasıdır. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçi bu dəfə özü "qiymət" verəcək.
E.Seyidcahanın şeir müsabiqəsində münsif olması sosial şəbəkədə günün ən çox müzakirə olunan mövzusuna çevrilib. İnsanlar telekanalın atdığı bu addımı tənqid edir, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirir

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək