yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Narkotiklərin gizli tranzitini həyata keçirən mərkəzlər var” - Zahid Oruc

“Narkotiklərin gizli tranzitini həyata keçirən mərkəzlər var” - Zahid Oruc
16-02-2018, 15:11 628 dəfə baxılıb

Millət vəkili: “Apteklərin “qara dövriyyə”dən qazanc götürməsi, insanlarımızın, xüsusilə də azyaşlıların və gənclərin sağlamlığı hesabına özləri üçün külli miqdarda mənfəət əldə etməyə çalışmaları narahatlıq doğurur”

“Bu hadisəni dərindən təhlil edəndə, o qənaətə gəlirsən ki, ortada millətə qarşı həyata keçirilən sistemli bir siyasət var”.

Bu sözləri millət vəkili Zahid Oruc son zamanlar psixotrop dərmanların məktəblərdə satılması məsələsini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi paytaxtın 23 saylı məktəbin qaşısında uşaqlara narkotik tərkibli həblərin paylanması barədə məlumat yayıldı. Valideynlərdən birinin yaydığı səs yazısında bildirilirdi ki, konfet formasında olan bu həblər uşaqlara heç bir səbəb olmadan paylanılır. Bu həblərin uşaqlarda narkotik asılılığı yaratması təhlükəsi istisna olunmur.

Son zamanlar isə psixotrop dərmanların məktəblərdə satılması ilə bir çox faktlar açıqlanır. Məsələn dünən açıqlandı ki, Bakıda bir neçə gün əvvəl həbs edilən dərman alverçisi sabiq Rabitə və İnformasiya Texnlogiyaları naziri Əli Abbasovun yaxın qohumu Natiq Qasımovdur. Səhiyyə Nazirliyi və Bakı Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat keçirilib və Natiq Qasonov tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.3.2-ci (Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi: güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə) maddələri üzrə cinayət işi başlanılıb.

Problem son günlər sosial şəbəkələrdə də geniş müzakirə olunur. Psixotrop dərmanların artıq məktəblərdə satılmasını nəzərə alarsaq, deyə bilərik ki, artıq təhlükənin miqyası həddindən artıq böyüyüb və kimlərsə, hansı dairələrsə, məhz pul qazanmaq xatirinə yeniyetmələrimizi zəhərləməyi özlərinə məqdsəd olaraq görürlər. Qeyd edək ki, uzun illərdir ki, bəzi apteklərdə psixotrop dərmanlarınaçıq şəkildə yeniyetmə və gənclərə satılması ilə bağlı məlumatlar da mətbuatda yer alıb. Lakin əlaqədar qurumlar bu məlumatı diqqətdən kənar saxlayıblar. Mətbuatda yayılan məlumatlarda həmin apteklərin kimlər tərəfindənsə himayə olunmaları haqqında da məlumatlar yer alıb. Buna görə də artıq ən yüksək səviyyədə məqsədli şəkildə yeniyetmələri psixotrop dərmanlara alışdıran şəbəkə ifşa olunmalı və apteklərdə psixotrop dərmanların açıq satışı ortadan qaldırılmalıdır.

Bu aktual mövzu ilə bağlı əməkdaşı millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Orucun fikirlərin öyrənib:

Zahid Oruc: “Narkotik maddələrlə bağlı təhlükəni parlamentdə səsləndirmək və cəmiyyətə çağrış etmək insanları hərəkətə gətirmək üçün yetərli ola bilməz”.

Psixotrop dərmanların yeniyetmələr arasında yayılmasını hibrid müharibə ilə müqayisə edən millət vəkili PİA.AZ-a açıqlamasında qeyd edib ki, ola bilər ki, kimsə bunu gizli yollarla həyata keçirir və ən təhlükəlisi isə bunu xarici mərkəzlərlə iş birliyi şəraitində həyata keçirməkdir. Deməli, burada xalqa qarşı qəsd planında iştirak edən şəbəkə mövcud ola bilər:

“Biz psixotrop maddələrlə bağlı qanunverici orqanda müvafiq siyahını təsdiq etmişik. Həmin sənəd bütün icra orqanlarına göndərilib.Qanunvericilikdə çox sərt tələblər müəyyən edilib və o çərçivənin aşılması hüquqi məsuliyyət yaradır. Hüquq mühafizə orqanları bu məsələ ilə bağlı bütün müvafiq strukturlarla birgə fəal işlər həyata keçirir. Lakin elə təsəvvür yaranır ki, apteklər “qara dövriyyə”dən götürdüyü qazanc insanlarımızın, xüsusilə də azyaşlıların və gənclərin sağlamlığı üzərində çirkin fəaliyyət aparan xarici qruplarla işbirliyinin nəticəsidir. Narkotiklərə aludəçilik üzündən fiziki sağlamlığını qurban verən adamlar səngərdə düşmənlə üzə-üzə duran əskərlərimizdən daha çox itkiyə məruz qalır. Baxın, hibrid müharibə belə olur.

Şübhə yoxdur ki, millətə qarşı həyata keçirilən sistemli bir siyasət mövcuddur. Bildiyimiz kimi, narkotika və xüsusilə də o qəbildən olan bitkilər (hanıslar ki, onların qəbulu insanlarda çox ciddi problem doğurur), “ağ ölüm” adlanır. Narkotiklərin gizli tranzitini həyata keçirən çoxlu mərkəzlər var. Buna görə də klassik savaş nəzəriyyələri indi bir qədər dəyişib.

Zahid Oruc: “Bir qisim dairələr sanki savaşı əldə silah səngərdə aparmırlar, onun əvəzində belə hibrid müharibə gerçəkləşdirilir”.

Psixotrop maddələr gəncləri hər cür təhlükəyə vadar edə bilər. Onlar kriminallığa yuvarlanır, qətillər törədir,o cümlədən, özlərinə qəsd edə bilirlər. Beləliklə də narkotik maddələrin ağır nəticələrini inkar etmək mümkün deyil. Burada sadəcə mənfəətpərəstlik o qədər ağır nəticələr doğurmur.Yəni, ola bilər ki, kimsə bunu gizli yollarla həyata keçirir və s. Amma ən təhlükəlisi bunu hansısa dairələrlə iş birliyi şəraitində həyata keçirməkdir.Bu artıq xalqa qarşı qəsd planının tərkib hissəsidir.

Belə olan halda narkotik maddələrlə bağlı məsələni sadəcə parlamentdə səsləndirmək vətəndaşları hərəkətə gətirmək üçün yetərli ola bilməz. Hüquq-mühafizə orqanlarına biz hər cür kömək göstərməli, onların əslində milli təhlükəsizliyimiz üçün həyata keçirdikləri fədakar işləri düzgün qiymətləndirməli və o virusu yayan mərkəzləri sərt şəkildə cəzalandırımalıyıq. Əks halda həmin dairə genişlənə bilər. Buna yol vermək olmaz.

Zahid Oruc: “Cəmiyyət olaraq, hər birimiz hüquq mühafizə orqanlarına kömək göstərməliyik”.

Bu problemlə yaşayan tək bir ailə deyil. Yüzlərlə ailə böyük vəsaitlərini itirir və övladları gənc yaşda ağır xəstəliyə düçar olur. Problem bununla bitmir. Çünki sosial yük dövlətin üzərinə düşür və hökumət oqranları o çətinlikləri öz üzərlərində hiss edirlər və s. Biri var ki, qabaqlayıcı formada məsələnin üzərinə yeriyəsən və problemi vaxtında həll edəsən. Biri də var ki, şikəst olmuş, həyatı məhv edilmiş ailənin qayğılarını daşıyasan. Görün,nə qədər fərq var.

Bir daha deyirəm, cəmiyyət olaraq, hər birimiz hüquq mühafizə orqanlarına kömək göstərməliyik. Bu çox mühümdür və hamımız düşünməliyik ki, ətrafımızda sağlamlıq mühütünü yaratmasaq, o bataqlıq daha çox insanları batıracaq.

Sağlam vətəndaş, sağlam millətin ayrılmaz hissəsidir. Ona görə də qonşumuzda,yaxın çevrəmizdə belə bir bəla varsa, hamılıqla onun üzərinə yerimləyik ki, məsələnin əhatə dairəsi genişlənməsin”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Narkotiklerin, kechiren, var, merkezler, gizli, Oruc, tranzitini, , heyata, Zahid
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ