XalqXəbər.Az

Anar Məmmədxanovun anadan olmasından 48 il ötür

yüklənir...
Anar Məmmədxanovun anadan olmasından 48 il ötür
20-07-2018, 09:56
yüklənir...

Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.

Xalqxeber.Az xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.

Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.

Evli idi, üç övladı yadigar qalıb.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.