yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Beynəlxalq Bankın milyardlarla dollar kreditini qaytarmayan kimlərdir?

Beynəlxalq Bankın milyardlarla dollar kreditini qaytarmayan kimlərdir?
12-05-2017, 14:54 86 131 dəfə baxılıb
yüklənir...

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.

Diqqəti cəlb edən Beynəlxalq Bankın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsidir. Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Beynəlxalq Bankın sağlamlaşdırılmasına dövlət milyardlarla manat xərcləyirsə, proses çox şəffaf keçməlidir:

“Problemli aktivlərin alınması ilə bağlı ən xırda detallar, bütün informasiyalar dövri (həm də operativ) hesabatlar vasitəsilə açıqlanmalıdır. Məsələn, bir neçə sual var ki, onun cavabını indiyədək yayılan məlumatlarda görə bilmədim. Belə ki, 1 yanvar 2016-ci il tarixə (2 ardıcıl devalvasiyadan və aktivlərin yenidən qiymətləndirməsindən sonra) bankın problemli aktivkərinin dəqiq məbləği nə qədər olub? Ümumilikdə indiyədək "Aqrarkredit"ə ötürülən 10 milyard manat, yoxsa daha çox? Hətta 10 milyard manatdırsa, bu fəlakətli bir məbləğdir. Çünki bu məbləğ Bankın 1 yanvar 2016-cı il tarixli aktivlərinin təxminən 70 faizi deməkdir. Halbuki 1981-2001-ci illərdə dünyada bank böhranları ilə üzləşən 11 ölkənin təcrübəsi göstərir ki, hökumətin sağlamlaşdırdığı banklar üzrə problemli aktivlərin ümumi bank aktivlərinə nisbəti orta hesabla 35 faizdən çox olmayıb. Məlum olduğu kimi, problemli aktivlərə ödəmə qabiliyyətli olmayan müştərilərə verilmiş, vaxtı keçmiş, əsas və faizlər üzrə ödənməyən borclar, şirkətlərin kapitalına investisiya edilmiş, sonradan həmin şirkətlərin iflası ilə bağlı tam (və ya qismən) dəyərsizləşmiş aktivlər və s. daxildir. Burda növbəti sual yaranır: Beynəlxalq Bankın problemli aktivləri yalnız qaytarılmayan kreditlərlə bağlıdır, yoxsa problemə çevrilən başqa aktivlər də var? Bu informasiyanı tam olaraq hansısa mənbədə görmək mümkündürmü?

Məlumat üçün deyim ki, 2015-ci il 1 yanvar tarixinə Beynəlxalq Bankın bütün aktivlərinin 86 faizini və ya 7.9 milyard manatı müştərilərə kreditlər təşkil edib. Nəzərə alsaq ki, hökumət Bankın bütün problemlərinin məhz 2014-cü ilin sonunadək yarandığını söyləyir, həmin məlumatdan belə nəticə çıxarmaq olur ki, problemli aktivlər əsasən qaytarılmayan kreditlərlə bağlıdır”.

Dövlətə məxsus olan nəhəng borcları qaytarmayan əsasən kimlərdir – fiziki, yoxsa hüquqi şəxslər?

Ekspert qeyd edib ki, Bankın hesabatından belə aydın olur ki, 1 yanvar 2015-ci il tarixə kreditlərin təxminən 1 milyard manatı və ya 14 faizi fiziki şəxslərlə bağlı olub:

“Yerdə qalan 7 milyard manata yaxın kredit (bütün kreditlərin 86 faizi) korporativ müştərilər olub. Korporativ müştərilərə verilən kreditləri tam yarısı - təxminən 3.5 milyard manatı isə 30 şirkətə verilib. Göründüyü kimi, kreditlərin konsentarsiyası həddən artıq yüksək olub. İndi bu sualın da cavabı aydın deyil: problemli kreditlərin yaranmasında böyük həcmli kreditlərin rolu nə qədərdir? Hər halda dövlət bankından söhbət gedirsə, borc öhdəliyini yerinə yetirə bilməyən bütün subyektlərin adı və öhdəliyinin həcmi ictimailəşdirilməlidir”.

Problemli aktivlərin arxasında olan təminatın yenidən qiymətləndirməsinin nəticələri nə göstərir və hazırda onların real bazar dəyəri problemli aktivlərin hansı hissəsini qarşılamağa yetir?

Rövşən Ağayev vurğulayıb ki, Beynəlxalq Bankın 2014-cü il üzrə hesabatına görə, korporativ müştərilərə verilən kreditlərin cəmi 796 milyon manatı təminatsız olub:

“3.5 milyard manat kredit üçün daşınmaz əmlak, 2.1 milyard manat üçün daşınar əmlak əsasında zəmanət verilib. Böhran nəticəsində bu əmlaklar ucuzlaşa bilər, amma gerçək əmlak olublarsa, hər halda onların dəyərinin hansısas hissəsi yerində olmalıdır. İndiyə qədər bu əmlakların satışı hesabına problemli aktivlərin hansısa hissəsi geri qayıdıbmı? Əlavə olaraq 1 milyard manatdan artıq kreditə korporativ zəmanət olub. Bu zəmanətlərin arxasında fors-major şəraitlərdə borc götürənə zamin duran 3-cü bir şirkətin real dəyəri olan aktivləri dayanıb. Bəs zamin duran bu şirkətlər hansılardır, onların aktivlərinin zamin durduqları borclar üçün qiymətləndirsilməsi aparılıbmı?

Statistikadan belə çıxır ki, müəssisə və şirkətlərə verilən borcların 80 faizə qədərinin arxasında real təminat olub. Amma niyə bu təminatların Bankın problemli aktivlərinin bərpasına cəlb edilməməsi aydın olmur”.

Problemli aktivlər daha çox hansı sektora verilən kreditlərlə bağlı olub? Hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracaq?

Mütəxəssisin sözlərinə əsasən, 2014-cü ilin yekunlarına görə, şirkət və müəssisələr verilən kreditlərinin 3.4 milyard manatı inşaat və daşınmaz əmlak, 1.9 milyard manatı ticarət və xidmət, 1.8 milyard manatını isə istehsalla bağlı kreditlər təşkil edib:

“2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlarından cəlb etdiyi kreditlərin həcmi 1.1 milyard dollara yaxın olub. Əlavə olaraq, 500 milyon dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 milyard dollardan az olmadığı üzə çıxır. Bir məqamı da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: 1) Bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hökumətin büdcədən xərclədiyi pullar geri qayıtmayacaq; 2) Hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablamalı olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi təqdirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 milyard dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sualların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: milyardlarla, Bankin, qaytarmayan, kreditini, Beynelxalq, kimlerdir, dollar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-07-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ