yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda eşşək südünün 1 litri - 500 manata satılır

Azərbaycanda eşşək südünün 1 litri - 500 manata satılır
20-04-2017, 17:24 86 368 dəfə baxılıb

Azərbaycanda eşşət ətinin mal-qoyun əti arasına qatılaraq əhaliyə satılması barədə məlumatlardan sonra, eşşək südünün və pendirinin xeyirli olmasıyla bağlı məlumatlar yayılır. İnformasiyalarda eşşək südünün sağalmaz xəstəlik hesab edilən xərçəngdən qorunmaq üçün ən gözəl vasitə olduğu qeyd edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. E. Hüseynov Azərbaycanda eşşək südünün 1 litrinin 500 manat olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda eşşək südü satan fermalar olmasa da, yavaş-yavaş bunun üçün hazırlıqlar görürlər: "Eşşək südü satılmır, amma eşşək xilqətli adamlar yavaş-yavaş eşşək südünün də Azərbaycanda təbliğatını aparırlar. Həkimlər deyir ki, bu heyvalar Azərbaycana yaddır. Ola bilər ki, gizlincə satanlar var. Çünki müəyyən həkimlərin təsiri altında bəzi adamlar bu barədə danışır. Belə getsə düşünürəm ki, Azərbaycanda eşşək südünün satışını həyata keçirəcəklər. Mən bildiyim qədər Azərbaycanda eşşək südünün 1 litri 500 manatdır. Ana südündən dəfələrlə bahadır”.
Birlik sədri keçi pendirinin belə uzun müddətdir, Azərbaycanda istehlak olunmadığına diqqət çəkib: "Keçi də arzu olunan heyvan deyil. Yalnız qoyunların yanında aparılan heyvan olub. Amma indi baha qiymətə keçi pendiri satırlar. Bu onu göstərir ki, eşək əti və südünü də azərbaycanlılara yedizdirmək üçün iş gedir. İstənilməyən insanların Azərbaycanda apardığı siyasət nəticəsində bu baş verə bilər”.
Eyyub Hüseynov onun da əlavə edib ki, hazırda bazarlarda eşşək südündən olan pendir satılmır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

11-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ