yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Bank of Baku” ağır vəziyyətdə - Fəaliyyətinə xitam veriləcək

“Bank of Baku” ağır vəziyyətdə - Fəaliyyətinə xitam veriləcək
26-09-2018, 14:58 164 dəfə baxılıb

Azərbaycan bank sektorunda rəqabət artdıqca aktivlərindən səmərəli istifadə edə bilməyən, kredit bazarında problemlər yaşayan və riskli müştəri kontingenti uğrunda mübarizədə məğlub olan bankların bazarda kiçildiyi müşahidə olunur.

EkoNews-a istinadən xəbər veririk ki, bank sektorunda məcmu kapitalının ən çox azalması "Bank of Baku”da müşahidə edilir. Hazırda bankın məcmu kapitalı 37.7 milyon manat təşkil edir. Bu da Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən banklar üçün təyin etdiyi məcmu kapitalın həcmindən təxminən 13 milyon manat azdır. 2017-ci ilin birinci rübündə "Bank of Baku”nun məcmu kapitalı 62.3 milyon manat, ikinci rübündə isə 46.9 milyon manat təşkil edib. Statistik məlumatlar göstərir ki, ötən illə müqayisə də məcmu kapital kəskin azalıb.

Bankın aktivləri də kəskin formada azalıb. Ötən ilin bu rübündə 474.9 milyon manat təşkil edən aktivlər bir il ərzində 175.4 milyon manat azalaraq 299.5 milyon manat təşkil edir. Bu da bankın faiz gəlirlərinin səmərəli formada istifadə olunmaması, xalis gəlirlərin azalması ilə izah oluna bilər. Bankların ən çox kreditlərdən qazanc əldə etdiyini nəzərə alsaq, "Bank of Baku”da verilən kreditlərin problemli olduğunu deyə bilərik. Elə bunun nəticəsidir ki, bankın kredit həcmləri azalıb.

Ötən il "Bank of Baku”nun kreditlərinin həcmi 209.8 milyon manat təşkil edirdisə, bu il 23.3 milyon manat azalaraq 186.5 milyon manat olub. Onu qeyd etmək yerinə düşər ki, bank istehlak kreditlərini digər banklara nisbətən yüksək faizlə, 27-29% ilə təklif edir.

Son zamanlar isə bankın müştəriləri xidmət səviyyəsinin aşağı olması haqqında sosial şəbəkə vasitəsi ilə narazılıqlar ifadə edirlər. Sentyabrın 19-da internet bankçılıq xidmətində yaranmış problem 4 gün sonra həll edilib. Bank isə bu haqda ictimaiyyətə heç bir informasiya verməyib.

İstər nizamnamə kapitalının Azərbaycan Mərkəzi Bankın qoyduğu tələblərdən az olması, istərsə də aktivlərin və kredit həcminin azalması bank üçün həyacan siqnalı hesab olunur. Bu kimi amillər Bankın fəaliyyət lisenziyasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xitam verilmə riskini artırır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ