yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Rusiya Mərkəzi Bankının Azərbaycana qarşı ittihamları əsassızdır - ARAŞDIRMA

Rusiya Mərkəzi Bankının Azərbaycana qarşı ittihamları əsassızdır - ARAŞDIRMA
7-09-2017, 13:10 108 964 dəfə baxılıb

"ABŞ, Qazaxıstan, Azərbaycan və OPEC+ razılaşmasının tələblərini pozan digər intizamsız ölkələrdə hasilatın artması səbəbindən neft ixracatçıları bazarı stabilləşdirə bilməyəcək".

"APA-Economics" "Nezavisimaya qazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sentyabr ayı üzrə makroiqtisadi hesabatında qeyd edilib.

Neft hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılıq formal olaraq 2018-ci ilin martınadək qüvvədədir. Razılaşmaya əsasən, OPEC ölkələri sutkalıq hasilatı 1,2 mln. barrel, kartelə üzv olmayan ölkələr isə sutkalıq hasilatı 558 min barrel (bundan 300 min barrel Rusiyanın payına düşür) azaltmalıdır.

"Rusiya kvotaya təxminən 100% əməl edir. Lakin Azərbaycan, Qazaxıstan, Meksika və Oman kimi ölkələrin iştirakı ümumi göstəricinin 70%-ə enməsinə səbəb olur. Bunun əsas səbəbi Qazaxıstanın kvotaya əməl etməməsidir", - deyə sənəddə qeyd edilib.

Rusiya Mərkəzi Bankının neft bazarını bu qədər diqqətdə saxlaması anlaşılandır. Belə ki, şimal qonşumuz (onun valyutası) neft qiymətlərindən yüksək asılılığını qorumaqdadır.

İLK TƏKZİB ASTANDAN GƏLDİ

Rəsmi Astananın cavabı özünü çox gözlətməyib. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bəyan edib ki, ölkə OPEC+ qarşısında götürdüyü öhdəliklərə tam əməl edir: "Biz avqustda üzərimizə götürdüyümüz öhdəliyi tam yerinə yetirmişik. Qazaxıstan 1,68 mln. barrel neft hasil etməlidir, biz isə 1,643 mln. barrel hasil etmişik. Hətta sentyabr ayının ilk 7 günündə də analoji vəziyyət qorunmaqdadır".

Nazir əlavə edib ki, OPEC-ə üzv olmayan ölkələr üzərinə götürdüyü öhdəliyi kartel üzvlərindən daha məsuliyyətli şəkildə yerinə yetirir. "Rusiya və Qazaxıstanın da daxil olduğu qeyri-OPEC ölkələri öhdəliyini 90%-dən artıq yerinə yetirir. Kartelə üzv olan ölkələrdə bu göstərici daha azdır. Bu, ilk növbədə Liviya və Nigeriyaya aiddir", - deyə o bildirib.

Bu arada Rusiya mətbuatı öz mənbələrinə istinadən iddia edir ki, cari ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən Qazaxıstanda neft hasilatı 9,4% artıb.

NÖVBƏTİ TƏKZİB

Azərbaycan da OPEC+ qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirir. Bu, quru söz yığını deyil, rəsmi bəyanat və rəqəmlərə əsaslanan məlumatdır. Vyana Bəyannaməsini imzalamış və sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına qoşulmuş ölkə kimi Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə götürdüyü öhdəliyi bu günə kimi tam yerinə yetirib. Öhdəliyin uğurla yerinə yetirilməsi üçün 2017-ci ildə ölkənin neft sənayesinin inkişafı ilə bağlı plan və proqramlar yenidən nəzərdən keçirilib. Bu müddət ərzində əsas diqqət neft hasilatının dayanıqlılığını və ya istehsalın artırılmasının əvəzinə platforma və sualtı boru kəmərlərinin təmirinə, texniki təchizatına və etibarlılığın möhkəmləndirilməsinə yönəldilib.

Azərbaycan OPEC tərəfindən dəfələrlə bu prosesdə aparıcı ölkə kimi qiymətləndirilib. Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, qlobal neft bazarında qiymət sabitliyinin qərarlaşması üçün neft ölkəsi olaraq hasilatın artırılması istiqamətində hər hansı tədbirlərin görülməsi planlaşdırılmır.

İndi isə yuxarıda qeyd edilənləri rəqəmlərlə əsaslandıraq. Energetika Nazirliyi OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycanın cari ilin avqust ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib. Həmin məlumatlara əsasən, cari ilin avqust ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 734,8 min barrel olub. Bunun 704 min barrelini xam neft, 30,8 min barrelini kondensat təşkil edib. Gündəlik 617,6 min barrel xam neft, 30,8 min barrel kondensat, 6,6 min barrel isə neft məhsulları ixrac edilib. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də tam yerinə yetirib. Qeyd edək ki, Respublika üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda isə 796,7 min barrel olub. Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub.

http://www.ng.ru/economics/2017-09-07/4_7068_bank.html
https://informburo.kz/novosti/bozumbaev-kazahstan-vypolnyaet-svoi-obyazatelstva-v-ramkah-soglasheniya-opek.html


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Merkezi, Azerbaycana, esassizdir, Rusiya, , qarshi, ARAShDRMA, Bankinin, ittihamlari
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ