SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Başçı Nizamini Ramin Əhmədovun cənginə verib: səkilər, ağaclar, binalar – Videoda…

Başçı Nizamini Ramin Əhmədovun cənginə verib: səkilər, ağaclar, binalar – Videoda…

Tarix:

16-10-2018, 18:01

/ 2 798 dəfə oxundu.
Başçı Nizamini Ramin Əhmədovun cənginə verib: səkilər, ağaclar, binalar – Videoda…

Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Arif Qasımov yerlisi olan YAP rayon təşkilatının sədr müavini, iş adamına çevrilən hörmətliRamin Əhmədovun cəngindədir

Bu barədə sfera.az-ın reportajında qeyd olunub.

Onun yaxın adamı sayılan hörmətli Ramin Əhmədov partiyada siyasi-ictimai fəaliyyətlə məşğul olmaq əvəzinə, "Neftçilər” metrosunun ətrafında biznes qurub. Metronun çıxışındakı dükanların onun olduğunu deyirlər. Hamısı da ya yaşıllıqların kəsilib yerində tikilib, ya da piyada yolunda, səkidə...

Ümumiyyətlə, Bakınınən çox yaşıllıqlar məhv edilən rayonu Nizamidir. Bu da Arif Qasımovun dövründə kütləvi xarakter alıb. İcra başçısı özünü rayonun padşahı kimi aparır.

Hörmətli Ramin Əhmədov da onun tapşırıqlarını icra etməkdədir.Sakinlər sovet vaxtından əkilən ağacların bir günün içində yoxa çıxdığını görürlər.Bu özbaşınalıq davam etməkdədir.

Binaların qarşısını belə satırlar.Bu da reportajda fotolarla öz əksini tapıb. RİH tərəfindən sərəncamlar verilir, iş adamları tikir, oksigen çatışmazlığı getdikcə artır.

Bu tikinti işlərini həyata keçirənlərdən biri də hörmətli Ramin Əhmədovdur. “Neftçilər” metrosunun çıxışında YAP nümayəndəsinin mağazaları fəaliyyət göstərir. Hər halda president və hakim partiya onun qarşısında belı öhdəlik qoymayıb.

Amma icra başçısı ilə biznesmen həmyerlisi qanunları tapdalayaraq Nizamini dağıdırlar. Görünür ki, müvəqqəti bu vəzifədə olduqlarını özləri də güman edirlər.

Bir müddət əvvəl tanınmış hüquqşünas Aslan İsmayılov Bakının Nizami rayonu ərazisində "yaşıl terror”un görüntülərini sosial şəbəkələrdə yaymışdı.

Hörmətli Qasımov-Əhmədov cütlüyünün bu əməlləri ciddi narazılıq doğurmaqla bərabər prezidentin də diqqətindədir. Nizami RİH-nə yeni başçı təyinatına ehtiyac yarandığı görünür.

Təkcə ona görə ki, yaşıllıqları məhv edirlər, həm də A.Qasımov bu vəzifəsində Nizamidə abadlıq işləri görməyib, parklar salmayıb, sakinlərin problemləri ilə maraqlanmayıb, onlarla görüş keçirməyib.

Rayonda işsizlik, səliqəsizlik var, müavinət almaq istəyən, sahibkarlıqla məşğul olan vətəndaşlar dinlənilmir. Nizami üçün heç bir iş görmədiyinə görə PA tərəfindən ona “2” qiyməti verilib.

Bütün "Neftçilər” metrosunun ətrafını qarış-qarış sataraq iş adamlarına həvalə ediblər. Onlar da bir ucdan kafe, geyim, parfumeriya və s. mağazalar açaraq heç nə olmamış kimi fəaliyyət göstərirlər.

Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb.2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib.

Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib.

Yeri gəlmişkən, Arif Qasımov 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi.

Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.

Nizami rayonunun icra başçısı Arif Qasımovun hələ Siyəzəndə olarkən Bakıya gətiriləcəyi müzakirə mövzusu idi. Cumhuriyyet.az mediada yayılan xəbərlərə istinadən yazmışdı ki, Qasımov üçün Bakıya qapıların açılmasının səbəbkarı bəlkə də bir çoxlarına qəribə gəlsə də, elə Eldar Mahmudov olub.

Arif Qasımovun hakimiyyətdə bir sıra əlaqələri varmış. Lakin bu əlaqələrin ən başlıcası Eldar Mahmudov və onun qurulmasında isə tək vasitəçi qayınının böyük zəhməti olub. Arif Qasımovun paytaxt rayonlarından birinə transfer olunacağı «MTN işi» olayından 1 il əvvələ təsadüf edəcəkdi.

Arif Qasımovun təyinatından 1 ay sonra MTN rəhbəri işdən çıxarıldı, onun ətrafındakı genralitetin isə bir çoxu həbs olundu.

Bütün bu fakt və iddialar, mətbuatda gedən ittihamlarl bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini geniş işıqlandırmağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ