SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binə Ticarət mərkəzində etirazlar başladı - Səbəb

Binə Ticarət mərkəzində etirazlar başladı - Səbəb

Tarix:

26-04-2018, 14:20

/ 2 390 dəfə oxundu.
Binə Ticarət mərkəzində etirazlar başladı - Səbəb

Binə Ticarət mərkəzində etirazlar başlayıb. Daxil olan məlumatda bildirilir ki, bir saatdan çoxdur davam edən aksiyanın səbəbi ticarət mərkəzində yer pulu və aylıq verginin qaldırılmasıdır.
Bazarın müdriyyəti bildirib ki, Vergilər nazirliyi onaları yeni qayda ilə işləməyə məcbur edir. Bu qaydalara əsasən bazar rəhbərliyi hər ay daha artıq vəsait ödəməlidir. Məhz bu səbəbdən Ticarət Mərkəzində çalışan ticarətçilərin aylıq icarə haqqı da qaldırılır.
Hazırda hadisə yerində olan Realliqinfo.org -un əməkdaşının verdiyi məlumatda qeyd olunur ki, ticarət mərkəzində bir sıra mağazalar bağlanıb. Etirazçılar Binə ticarət Mərkəzinin qarşısına toplaşıblar. Aksiyaçılar tələb edilən icarə haqqının aşağı salınmasını istəyirlər.
Binə ticarət mərkəzinin müdriyyəti məsələyə aydınlıq gətirməyib.
Baş verənləri diqqətdə saxlayırıq.

Realliqinfo.org

Şərhlər

XƏBƏR LENTİ