SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qusarda 800 metr plastik boru oğurlandı

Qusarda 800 metr plastik boru oğurlandı

Tarix:

26-04-2018, 13:23

/ 1 466 dəfə oxundu.
Qusarda 800 metr plastik boru oğurlandı

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, aprelin 24-də Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinə ərizə ilə müraciət edən Düztahir kənd sakini Şaiq Həbibov, gecə saatlarında ona məxsuz torpaq sahəsindən 800 metr plastik borunun oğurlandığını bildirib.

Samur PB-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğruluğu törətməkdə şübhəli bilinən Yasab-oba kənd sakini Tofiq Aslanov saxlanılaraq bölməyə gətirilib. Dindirilmə zamanı o törətdiyi oğruluq hadisəsini etiraf edib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ