Qusarda narkotacirlər yaxalandı
Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri zamanı narkotiklərin satişı ilə məşğul olan rayon sakini, 45 yaşlı Raməddin Aslanov, iki qardaş Rəşid və Cavid Beybutovlar, həmçinin narkotik maddələri satıcılardan alan Asim Əmirov saxlanılıblar.
Dindirilmə zamanı Raməddin Aslanov, Rəşid və Cavid Beybutovlar Qusar rayonunda narkotiklərin satışı ilə məşğul olduğunu etiraf ediblər.
Polis əməkdaşları tərəfindən R.Aslanova məxsus evə keçirilən baxış zamanı oradan şüşə balonda satış üçün saxlanılan çəkisi 490 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Qusar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək