SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Səlim Müslümovun Gömrük Komitəsinə yolları açılıb

Səlim Müslümovun Gömrük Komitəsinə yolları açılıb

Tarix:

22-04-2018, 23:15

/ 4 473 dəfə oxundu.
Səlim Müslümovun Gömrük Komitəsinə yolları açılıb

Məlum olduğu kimi dünən Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Sərəncama əsasəsən Baş Nazirin müavinləri Abid Şərifov,Elçin Əfəndiyev və İsmət Abbasov tutduqları vəzifədən kənarlaşdıriliblar. Onların yerinə təyinat alanlar isə Azərbaycan ictimaiyyəti üçün heç də yeni sima deyil, əksinə Hacıbala Abutalıbovu da, Əli Həsənovu da, Əli Əhmədovu da hamı yaxşı tanıyırdı. İctimaiyyət üçün o qədər də tanınmayan sima Kənd Təsərrüfatı Naziri təyin edilmiş İnam Kərimov və Səlim Müslümovun yerinə oturmuş yeni Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevdir.Təbii ki,bu posta qədər onlar da dövlət orqanlarında mühüm vəzifə daşımış, müəyyən təcrübəyə malik insanlardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təyin edilmiş Samir Nuriyev buna qədər Mənzil İnkişafı Dövlət Agentliyinə rəhbərlik edirdisə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni təyin edilmiş Rövşən Rzayev Millət Vəkili kimi fəaliyyət göstərirdi. Onu da xatırlatmaq istərdik ki, Rövşən Rzayev uzun müddət Bakı şəhər Prokuroru işləmiş Şükür Rzayevin oğludur və Bakı şəhərindəki Notarit Kontorlarının birində Notarius vəsifəsində çalışıb.

Göründüyü kimi ölkə başçısının yeni təyinatlarında gözlənildiyi qədər də elə ciddi bir dəyişiklik baş verməyib. Gozlənilməyən Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Əli Şamiloviçdən alınaraq Rövşən Rzayevə həvalə edilməsi və Səlim Müslümovun tutdugu vəsifəsindən kənarlaşdirilması oldu. Əli Həsənov komitə sədrliyindən azad edilsə də,Baş Nazirin müavinlərindən biri kimi fəaliyyətini davam etdirəcək. Bəs Səlim Müslümov? Xatirlatmaq lap yerinə düşərdi ki, Səlim Müslümov da uzun müddətdir dövlət orqanlarında mühüm vəzifələr tutmuş, Prezident İlham Əliyev komandasında sədaqətlə xidmət göstərmiş şəxslərdən biridir. Bununla yanaşı, Səlim Müslümov həm də güclü bir iqtisadçı kimi şöhrət qazanmış, iqtisadi sahədə bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir. Bəs bu kimi xidmətlərin qarşılığında Səlim Müslümovu nələr gözləyir? Təbii ki, Dövlət Gömrük Komitəsində Aydın Əliyevin boş qalmış yeri. Məlum olduğu kimi Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dovlət Sosial Müdafiə Fonduna rəhbərliyə qədər uzun müddət maliyyə sistemində çalışmış, 2000-2002 – ci illərdə Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2002-ci ildə mərhum Prezident Heydər Əliyevin fərmanı ılə ona gömrük xidməti general mayor rütbəsi verilmişdir. Odur ki, Səlim Müslümovun sözügedən vəsifəyə təyinatı başqa namizədlərdən fərqli olaraq daha gözləniləndir. Onsuz da yaxın günlərdə bir sıra dəyişikliklərin, yeni təyinatların şahidi olacağıq. Səlim Müslümov da şübhəsiz yeni vəzifə alanların siyahısında olacaq.

Aktualinfo.org

Şərhlər

XƏBƏR LENTİ