SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » Turan İbrahimov Cavanşir Məmmədov haqqında: "Kişilikdən dəm vura-vura dediyini inkar edir"

Turan İbrahimov Cavanşir Məmmədov haqqında: "Kişilikdən dəm vura-vura dediyini inkar edir"

Tarix:

22-09-2017, 12:11

/ 99 203 dəfə oxundu.
Turan İbrahimov Cavanşir Məmmədov haqqında: "Kişilikdən dəm vura-vura dediyini inkar edir"

"ATV Səhər" verilişinin aparıcısı eyni zamanda kanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turan İbrahimov müğənni Cavanşir Məmmədovu tənqid edib.
Aparıcı, müğənnini dediyi sözün arxasında dayanmamaqda ittiham edib.
"Xatırlayırsınızsa bir neçə gün bundan əvvəl əməkdar artist Cavanşir Məmmədov verilişlərdən birində maraqlı bir açıqlama verdi. Bildirdi ki, insan alverinə qarşı mübarisə aparanlar şou-biznes aləminə nəzər yetirsin. Şou-biznesdə müəyən bir qism şəxslər-müğənnilər, prodüserlər, təşkilatçılar elə əslində insan alveri ilə məşğuldurlar. Bu məsələ mediada səsləndirilib. Əgər belə bir məsələ mediada səsləndirlirsə bu həmdə artıq bir başa şikayətdir. Aidiyyatı qurumlar bu məsləyə ciddi yanaşmaq məcburiyyətindədir. Lakin sonradan Cavanşir Məmmədov "elə deməmişəm fikrimi təhrif ediblər",- deyə açıqlamalar verib. Mən onu anlamıram ki, kişilikdən dəm vur-vura adam dediyini necə inkar eləsin".

Şərhlər

XƏBƏR LENTİ