SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bələdiyyə sədri ilə bağlı 350 minlik qalmaqal

Bələdiyyə sədri ilə bağlı 350 minlik qalmaqal

Tarix:

19-09-2017, 15:47

/ 54 068 dəfə oxundu.
Bələdiyyə sədri ilə bağlı 350 minlik qalmaqal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Abşeron rayon Məhəmmədi kənd bələdiyyəsinin sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Eldar Mikayılovun icraatında olan prosesdə baxış iclası keçirilib.

Hakim bildirib ki, V.Nəbiyevin digər şəxslərə qarşı dələduzluq əməli ilə bağlı davam etdirilən istintaq tamamlanıb və ikinci iş də baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu günkü iclas isə şahidlərin prosesə gəlməməsi səbəbindən təxirə salınıb. Məhkəmə oktyabrın 3-də davam etdiriləcək.

İttihama görə, V.Nəbiyev bir neçə vətəndaşa müxtəlif vədlər verərək yüzminlərlə manat vəsaiti dələduzluq yolu ilə ələ keçirib. Zərərçəkmişlərdən biri də iş adamı Ülviyə Abdalovadır. V.Nəbiyev onun 353 min manat pulunu mənimsəməkdə təqsirləndirilir.

Şərhlər

XƏBƏR LENTİ