yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

AFFA-da saçyoldu: işçilər əlbəyaxa oldu, təcili yardım gəldi — TƏFƏRRÜAT

AFFA-da saçyoldu: işçilər əlbəyaxa oldu, təcili yardım gəldi — TƏFƏRRÜAT
29-06-2017, 12:40 55 761 dəfə baxılıb
yüklənir...

Təxminən bir həftə öncə AFFA-nın inzibati binasında böyük qalmaqal yaşanıb.
Məlumata görə, qurumun iki xanım əməkdaşının mübahisəsi sonda saçyolduya çevrilib. Qeyd olunur ki, dava edən tərəflərdən biri qurumda baş katib Elxan Məmmədovun yaxın dostu və adamı kimi tanınan Xanım adlı şəxsin bacısı olan Sevinc adlı qadındır.
Qeyd edilir ki, sözügedən bacılar məhz Elxan Məmmədovla dostluqlarının hesabına lüks mənzillərdə yaşayır, dünyanın ən bahalı istirahət mərkəzlərində dincəlirlər.
Hadisəyə gəlincə, bir həftə öncə səhər saatlarında Sevinc iş otağında yüksək səslə musiqi dinləyirmiş. Bu zaman işə yeni qəbul olunan bir xanım (adını dəqiqləşdirməyə çalışırıq-red.) bu barədə ona iradını bildirib. Yeni işçinin iradını təhqir kimi qəbul edən Sevinc qarşı tərəfə təhqiramiz cavablar verib. Mübahisə qarşıdurmaya, sonda isə saçyolduya çevrilib.
Qeyd edilir ki, Elxan Məmmədovun dostu olan Xanım adlı qadın da yeni işçiyə hücum edib.
Sevincin halı pisləşib və AFFA-nın inzibati binasına təcili tibbi yardım çağırılıb və o xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin normal olduğu deyilir.
Maraqlısı odur ki, hadisə Elxan Məmmədovun iş otağıyla qonşuluqdakı otaqda baş verib və saçyoldu vaxtı baş katib də otaqdaymış. Davadan sonra Xanım yeni işçini işdən qovdurmaqla hədələyib:
"Elxançikə deyəcəm, səni buradan iti qovan kimi qovsun".

Mövzunu diqqətdə saxlayacağıq.

"Ölkə.Az"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: oldu, ishchiler, AFFA da, TEFERRUAT, sachyoldu, tecili, yardim, elbeyaxa, geldi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ