yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun oğlunun federasiyasında KÜTLƏVİ İSTEFALAR - KÜLLİ MİQDARDA BORCU VAR

Ziya Məmmədovun oğlunun federasiyasında KÜTLƏVİ İSTEFALAR - KÜLLİ MİQDARDA BORCU VAR
18-12-2017, 15:58 118 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Qolf Federasiyasında kütləvi istefalar davam edir.

AQF-nin təlimçisi Emin Zeynalov, baş katibi Nigar Süleymanovadan sonra daha bir üzvü qurumdan uzaqlaşıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva da federasiyanı tərk edənlər siyahısındadır. Belə ki, uzun müddətdir işçilərini maaş üzünə həsrət qoyan federasiya rəhbərliyi rəsmi şəkildə fəaliyyətini dayandırmaqla bağlı qərarlarını yaxın zamanda nazirliyə bildirəcək. Məlumatda bildirilir ki, qurumun işçilərinə külli miqdarda borcu var.

Federasiya bu "yükün” öhdəsindən gələ bilməyəcəyi üçün belə bir addım atmaq niyyətinə düşüb. Saytımıza verilən məlumatda o da bildirilir ki, hazırda qeyri-rəsmi şəkildə fəaliyyətini dayandıran AQF-nin inzibati binasını "toz basıb”. Ofisə demək olar ayaq basan yoxdur.

Məsələ ilə bağlı AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyevayla əlaqə saxladıq. O, Unikal.org-a açıqlamasında federasiyadan istefa verməsi xəbərini təsdiqləyib. Quliyeva artıq bir müddətdir ki, qurumdan uzaqlaşdığını diqqətə çatdırıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , Memmedovun, MQDARDA, federasiyasinda, oglunun, VAR, BORCU, STEFALAR, KUTLEV, KULL, Ziya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ