SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: - Bahalı içkilər, gecəyarısına kimi əyləncə...

Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: - Bahalı içkilər, gecəyarısına kimi əyləncə...

Tarix:

20-10-2017, 10:03

/ 93 023 dəfə oxundu.
Hafka "Qarabağ"ın rəqibinə Bakıda qonaqlıq verdi: - Bahalı içkilər, gecəyarısına kimi əyləncə...

“Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov ötən axşam Bakıda bahalı restoranların birində “Atletiko Madrid” klubunun rəhbərliyinə qonaqlıq verib.

Məlumata görə, “Qarabağ”la oyundan sonra “Hafka” klub rəhbərliyinə və bəzi futbolçulara Bakının bahalı restoranlarından biri olan “Sumax”da qonaqlıq verib. Gecəyarısına kimi davam edən qonaqlıqda bahalı içkilər içilib. “Hafka” qonaqlarına əyləncə də təşkil edib.

Mənbənin sözlərinə görə, qonaqlıqda yüksək çinli məmurlar da olub.

Qeyd edək ki, sonuncu dəfə 2014-cü ildə Hafiz Məmmədovun təşkilatçılığı ilə “Atletiko” (Madrid) klubunun prezidenti Enrike Serezo, klubun baş direktoru Anxel Gil Marin, komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəlmişdi. Həmin il “La Liqa”da çempionluq elan edən klub rəsmiləri özləri ilə birlikdə çempionluq kubokunu da gətirmişdilər.

Bundan başqa Hafiz Məmmədov hələ o dövürdən təhlükə altında olan biznesini qorumaq üçün “Land of fire Azerbaijan” layihəsini həyata keçirmiş və bu devizi “Atletiko” (Madrid) klubunun formalarına yazdırtmışdı.

Azxeber.com

Şərhlər

XƏBƏR LENTİ