XalqXəbər.Az

Azərbaycanda yeni federasiya yaradılır

yüklənir...
Azərbaycanda yeni federasiya yaradılır
5-10-2017, 14:37
yüklənir...

Azərbaycan Dünya Boks Şurasının (WBC) sayca 166-cı üzvü seçildi.

Bunu WBC-nin prezidenti Maurisio Süleyman jurnalistlərə açıqlamasında deyib.

O, ölkəmizi bu təşkilata üzv seçilməsi münasibətilə təbrik edib. M.Süleyman Azərbaycanın Dünya Boks Şurasının 55-ci konvensiyasına ev sahibliyi etməsinə görə ölkə prezidentinə təşəkkür edib: “İlham Əliyevlə söhbət zamanı onda idmana olan marağı gördüm. Bu, ölkədə idmanın inkişafı üçün müsbət təsir göstərəcək”.

Daha sonra o bildirib ki, yaxın zamanlarda Azərbaycanda WBC üzrə peşəkar Boks Federasiyası yaradılacaq.

Bundan başqa, Azərbaycanda WBC kəməri uğrunda döyüşlərin keçirilməsi planlaşdırılır. Bununla bağlı promouterlərlə danışıqlara başlanılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.