"Kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram.." - Süleyman Mikayılov
Xəbər verdiyimiz kimi ötən gün Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib. Federasiyanın vitse prezidentlərində və idarə heyətində də dəyişikliklər olub. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Boks Federasiyasının vitse prezidenti Süleyman Mikayılov öz postundan uzaqlaşdırılıb.
Xalqxeber.az xəbər verir ki, federasiyadan uzaqlaşdırılması ilə bağlı Manset.az-a açıqlama verən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bunu öz səhhəti ilə əlaqələndirib.
"Mən uzaqlaşmamışam, federasiyada qalıram. Mənim hazırda nə səhhətim, nə əsəbim buna tab gətirmir. Mən Dünya Boks Federasiyasının Direktorlar Şurasının üzvüyəm, SSRİ idman ustasıyam. Mən yenə də federasiyada qalıram, əlimdən gələn köməkliyi edəcəm. Kim deyirsə kasıb icra başçısıyam, ona görə uzaqlaşdırılıram, mən icra başçısıyam, 15 ildir bu vəzifəni daşıyıram, dövlətimizin pulu da var, federasiyalara pul da ayrılır.”
Qeyd edək ki, ötən gün keçirilən seçkilərdə Azərbaycan Boks Federasiyasına Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev prezident, Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə İdarə Heyətinə üzv seçiliblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"