yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Kopenhagen"in "Qarabağ" üçün heyəti açıqlandı

14-08-2017, 12:12 60 470 dəfə baxılıb

Çempionlar Liqasının (ÇL) ilk “pley-off” matçı üçün bu gün Bakıya gələcək Danimarkanın "Kopenhagen" klubunun heyəti məlum olub.

Danimarka klubunun saytına istinadən xəbər veririk ki, bu gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda komandanın mətbuat konfransı və açıq məşqi olacaq. ÇL-in III təsnifat mərhələsində Makedoniya “Vardar”ı ilə ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yan Qrequş Bakıya gətirilməyəcək. Əvəzində Danimarka çempionatının V turunda “Horsens”lə görüşdə zədələnən Yussef Tutu heyətdə yer alıb.

"Kopenhagen" Bakıya 20 futbolçu gətirir:

Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen (İsveç), 41. Kim Kristensen

Müdafiəçilər: 3. Pyer Benqtsson (İsveç), 15. Mikael Antonsson (İsveç), 18. Mads Rörslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner (Çexiya)

Yarımmüdafiəçilər: 6. Uilyam Kvist, 7. Benjamin Verbiç (Sloveniya), 8. Uroş Matiç (Serbiya), 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva

Hücumçular: 9. Federiko Santander (Paraqvay), 11. Andriya Pavloviç (Serbiya), 28. Pyeros Sotiryu (Kipr), 40. Karlo Holse

Qeyd edək ki, avqustun 15-də Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Qarabag, Kopenhagenin, achiqlandi, uchun, heyeti
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ