"Kopenhagen"in "Qarabağ" üçün heyəti açıqlandı

"Kopenhagen"in "Qarabağ" üçün heyəti açıqlandı Çempionlar Liqasının (ÇL) ilk “pley-off” matçı üçün bu gün Bakıya gələcək Danimarkanın "Kopenhagen" klubunun heyəti məlum olub.

Danimarka klubunun saytına istinadən xəbər veririk ki, bu gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda komandanın mətbuat konfransı və açıq məşqi olacaq. ÇL-in III təsnifat mərhələsində Makedoniya “Vardar”ı ilə ilk oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Yan Qrequş Bakıya gətirilməyəcək. Əvəzində Danimarka çempionatının V turunda “Horsens”lə görüşdə zədələnən Yussef Tutu heyətdə yer alıb.

"Kopenhagen" Bakıya 20 futbolçu gətirir:

Qapıçı: 1. Stefan Andersen, 25. Robin Olsen (İsveç), 41. Kim Kristensen

Müdafiəçilər: 3. Pyer Benqtsson (İsveç), 15. Mikael Antonsson (İsveç), 18. Mads Rörslev, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner (Çexiya)

Yarımmüdafiəçilər: 6. Uilyam Kvist, 7. Benjamin Verbiç (Sloveniya), 8. Uroş Matiç (Serbiya), 14. Nikolay Tomsen, 17. Kasper Kusk, 24. Yussef Tutu, 32. Danni Amankva

Hücumçular: 9. Federiko Santander (Paraqvay), 11. Andriya Pavloviç (Serbiya), 28. Pyeros Sotiryu (Kipr), 40. Karlo Holse

Qeyd edək ki, avqustun 15-də Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kopenhagen" matçı saat 20:00-da başlanacaq.
Geri qayıt