yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Lənkəranda toyda qadın öldü - Həkim döyüldü

Lənkəranda toyda qadın öldü - Həkim döyüldü
3-07-2017, 09:57 37 971 dəfə baxılıb

Lənkəran şəhərində döyülmə hadisəsi baş verib.

Şəhərdə yerləşən şadlıq saraylarından birində qəfil halı pisləşən orta yaşlı Xeyransa adlı qadına tibbi yardım göstərilməsi üçün "təcili yardım" çağırılıb.

Hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, Aşağı Nüvədi kənd sakini Vüsal Həsənov xəstənin həyatını xilas edə bilmədiyi üçün mərhumun qohumları tərəfindən döyülüb. Həkim baş və üz nahiyələrindən xəsarət alıb. "Təcili yardım" maşınına da ziyan vurulub.

Xəstənin ürəktutmasından keçindiyi bildirilir.

Lənkəran şəhərindəki şadlıq saraylarından birində ölən xəstə və onun həyatını xilas edə bilmədiyinə görə mərhumun qohumları tərəfindən döyülən həkimin adı məlum olub.

Ölən xəstə 1957-ci il təvəllüdlü Lənkəran şəhər, Bala Məmməd küçəsi, ev 2 sakini Axundova Xeyrannisə Cəlil qızı, döyülən "təcili yardım" həkimi isə 1988-ci il təvəllüdlü Həsənov Vüsal Fayaz oğludur.

O, kəllə-beyin travması alaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: toyda, oldu, Lenkeranda, qadin, Hekim, doyuldu,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ