SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə »  Zaqatala sakini Balakəndə ələ keçdi

 Zaqatala sakini Balakəndə ələ keçdi

Tarix:

16-03-2019, 12:39

/ 939 dəfə oxundu.
 Zaqatala sakini Balakəndə ələ keçdi

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini İ.Qurbanovdan marixuana götürülmüşdür.

Polis əməkdaşları tərəfindən ona narkotik vasitəni satmış Balakən şəhər sakini A.Qallacov da müəyyən edilərək saxlanılmışdır. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən çəkisi 805 qram olan marixuana və müvafiq sənədləri olmayan “Nelson” markalı ov tüfəngi, həmçinin Püştətala kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 3 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ