XalqXəbər.Az

Azərbaycanda ŞOK HADİSƏ - 15 yaşlı oğlan 53 yaşlı qadını zorlayıb öldürdü

yüklənir...
Azərbaycanda ŞOK HADİSƏ - 15 yaşlı oğlan 53 yaşlı qadını zorlayıb öldürdü
30-01-2019, 11:51
yüklənir...

Füzuli rayonunda qadının zorlanaraq öldürülməsi hadisəsi ilə bağlı şok faktlar üzə çıxıb.

Horadiz şəhəri ərazisində 1966-cı il təvəllüdlü Aygün İsmayılovanın (ad və soyadlar şərtidir) amansızlıqla öldürülməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Aparılan araşdırmalar zamanı qadının zorlandığı da məlum olub.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının 2004-cü ildə anadan olmuş Fuad Piriyev tərəfindən öldürüldüyü məlum olub. O, tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

11:01

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Füzuli rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvarın 28-də Füzuli rayonunda A.İsgəndərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Horadiz şəhərində yaşadığı evdə aşkar edilməsi barədə daxil olan məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Horadiz şəhər sakini olan bir yeniyetmə müəyyən edilərək saxlanılıb.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.