SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » 29 yaşlı həmvətənimiz ABŞ-da güllələndi - qatil onun mağazasını soymaq istəyən quldurdur

29 yaşlı həmvətənimiz ABŞ-da güllələndi - qatil onun mağazasını soymaq istəyən quldurdur

Tarix:

15-01-2019, 10:40

/ 968 dəfə oxundu.
29 yaşlı həmvətənimiz ABŞ-da güllələndi - qatil onun mağazasını soymaq istəyən quldurdur

Yanvarın 14-də Şimali Karolina ştatında Şərqi Şarlotta şəhərində «Fixer Electronic Repair» dükanının sahibi 29 yaşlı həmyerlimiz Elçin Xəlilov iş yerində güllələnib.

Bu barədə mərhumun yaxın dostu, tanınmış iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədəki statusundan xəbər paylaşıb.

Q.İbadoğlu qeyd edir ki, yaralı xəstəxanada vəfat edib. Şahidlərin dediyinə görə, onu güllələyən mağazadan oğurluq etmək istəyən şəxs olub. Hazırda axtarışlar davam etsə də cinayətkar hələ də yaxalanmayıb.

Elçin Xəlilov mobil telefonların təmiri və satışı ilə məşğul imiş. O, bir neçə il öncə vətəni qazanc dalınca tərk edib, ABŞ-a köçübmüş.

Q.İbadoğlu yazır ki, E.Xəlilov Sumqayıtda 3 saylı orta məktəbi bitirib, İnşaat və Memarlıq Universitetinin məzunu olub.

Allah rəhmət etsin, əzizlərinə səbr versin.

Şərhlər

XƏBƏR LENTİ