'Xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir?” – Qubad İbadoğlu
Bəs onda problem nədədir?...
“Mövcud 563 xəstəxana ilə yanaşı, son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Onda problem nədədir, niyə çarpayı sayı çatışmır. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur. Onda narahatçılıq nədədir? Məsələ burasındadır ki, xəstəxanaların sayı kimi çarpayıların da sayı şişirdilib. Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpyaların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi”.
Bunu iqtisadçı Qubad İbadoğlu deyib.
“Deməli xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibbi vardır. Tibbi bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıb” – Q.İbadoğlu qeyd edib.//Pravda.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək