Qubad İbadoğlu Oqtay Şirəliyevi istefaya çağırdı
İqtisadçı ekspert Qubad İbadoğlu Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevi istefa verməyə səsləyib...
Q.İbadoğlu deyib ki, Səhiyyə Nazirliyi Azərbaycanda 1 nömrəli nazirlik, səhiyyə naziri də ən çox məsuliyyəti olan şəxs olmalıdır.
Onun sözlərinə görə, koronavirus pandemiya elan edildikdən sonra qarşıda duran həlli vacib birinci vəzifə Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin qorunması olmalıdır: “Hər kəs bu məqsədə xidmət etməli və buna nail olmaq üçün çalışmalıdır. Səhiyyə naziri bütün tədbirlərdə öndə olmalı, televiziya ekranlarından düşməməli, mətbuata açıqlamalar verməli, hərəkətləri və davranışları ilə vətəndaşlara nümunə göstərməlidir. Lakin təəssüflər qeyd etməliyəm ki, belə məsuliyyətli dövrdə nə ayrıca Səhiyyə nazirinin, nə də bütövlükdə nazirliyin fəaliyyəti hazırkı tələblərə və çağırışlara cavab vermir. Belə gərgin və əhəmiyyətli dövrdə indiyə qədərki fəaliyyəti ilə səhiyyə sistemini 15 ildir ki, bərbad vəziyyətə qoyan şəxsin bu sistemə rəhbərlik etməsi yolverilməzdir. Odur ki, Səhiyyə nazirini nə qədər gec deyil istefa verməyə dəvət edirəm. Əks təqdirdə onun üzərində böyük olan böyük məsuliyyətin altından nə özü, nə də təmsil etdiyi hakimiyyət çıxa bilməyəcək. (pravda.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...