yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Oğul anasını içki üstündə bıçaqladı — Gəncədə ŞOK

Oğul anasını içki üstündə bıçaqladı — Gəncədə ŞOK
8-06-2018, 12:55 324 dəfə baxılıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində anasını bıçaqlayan oğulun məhkəməsi başlayır.
Cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Əsgərov Rauf Məhərrəm oğlunun məhkəmə prosesinə hakim Kəramət Əliyev sədrlik edəcək. Cinayət işində zərərçəkən qismində Yusubova Möhtəbər İslam qızı tanınıb.

İttiham aktına görə, 1959-cu il təvəllüdlü Yusubova Möhtəbər İslam qızı öz oğlu tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisə mübahisə zəminində qeydə alınıb. Ana qonşuya qaçmaq istəsə də, oğlu onların evi yaxınlığında anasına çatıb və qadını qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən 1998-ci il təvəllüdlü Əsgərov Rauf Məhərrəm oğlu isə Göygöl rayon Polis Şöbəsinə aparılıb.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı rəhmətə getdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb və qadının hadisəni törədən oğlu da tez-tez anasından içki içmək üçün pul istəyirmiş. Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib. Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

21-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ