SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kərəm Həsənov taxıl biznesinə girişib- KOMİTƏ SƏDRİ MƏHSULDAR TORPAQLARI DƏYƏR-DƏYMƏZİNƏ ƏLƏ KEÇİRİR

Kərəm Həsənov taxıl biznesinə girişib- KOMİTƏ SƏDRİ MƏHSULDAR TORPAQLARI DƏYƏR-DƏYMƏZİNƏ ƏLƏ KEÇİRİR

Tarix:

29-06-2017, 16:01

/ 57 638 dəfə oxundu.
Kərəm Həsənov taxıl biznesinə girişib- KOMİTƏ SƏDRİ MƏHSULDAR TORPAQLARI DƏYƏR-DƏYMƏZİNƏ ƏLƏ KEÇİRİR

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun taxıl biznesinə girişdiyi bildirilir.
Kərəm Həsənovun Cəlilabadda yüz hektarlarla məhsuldar torpaq sahələrini şəxsi mülkünə çevirməsi yeni məlumat deyil.
Hətta o da bildirilir ki, komitə sədri bu torpaqların becərilməsinə şəxsən özü nəzarət edir. Lakin adı çoxsaylı əmlak qalmaqallarında hallanan cənab Həsənov, torpaqların zəbt edilməsilə də kifayətlənməyib. Kəndlilərin bildirdiyinə görə, məhsuldar torpaqlarını dəyər-dəyməzinə ələ keçirən Kərəm Həsənov, indi də min bir əziyyətlə əldə etdikləri kənd təsərrüfatı məhsullarına göz dikib.
Belə ki, komitə sədri hazırda pərakəndə satış nöqtələrində kilosu 45-50 qəpiyə satılan taxılın hər kq-na görə kəndlilərə maksimum 20-25 qəpik ödəyir, əldə olunan məhsulu isə özünə məxsus ambarlara yığdığdırır. Çarəsiz kəndlilərin isə məhsulu sonraya saxlamaq, bazara çıxarmaq və daha əlverişli qiymətə satmaq kimi alternativləri yoxdur. Kəndlilər çarəsizliyi belə əsaslandırırlar:
“Toxumu və yanacağı nisyə götürmüşük. Taxıl səpinində, onun biçilməsində istifadə olunan kombaynlar da bizə məxsus deyil, hər hektarın səpin və biçininə görə bəlli məbləğ ödəməli oluruq. Nəticədə, təxminən hər hektara 150-180 manat arası xərcimiz çıxır. Təbii ki, borc verən şəxslər, texnika sahibləri gözləmir, məhsul yığımı başa çatan kimi haqlı olaraq pullarını tələb edirlər. Biz isə 6 ay əziyyətlə becərdiyimiz məhsulu dəyər-dəyməzinə satmaq qalır. İndi hamı borclarını ödəmək üçün əldə etdiyi məhsulu satır. Alanların isə Kərəm Həsənovun yaxın adamları olduğu deyilir”.

Gununsesi.info

Şərhlər

XƏBƏR LENTİ