SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Kərəm Həsənovun dayısı Cəlilabadın başçısı postunu ələ keçirib - Təfsilat

Kərəm Həsənovun dayısı Cəlilabadın başçısı postunu ələ keçirib - Təfsilat

Tarix:

28-09-2018, 21:36

/ 1 017 dəfə oxundu.
Kərəm Həsənovun dayısı Cəlilabadın başçısı postunu ələ keçirib - Təfsilat

Bir neçə ay əvvəl Cəlilabad Kənd Təsərrüfatı İdarəsi rəisi Rahib Kərimovun rayonun icra başçısı olacağı haqda xəbərlər deyəsən təsdiqlənməkdədir

RİH başçısı Namiq Zeynalov olsa da, qeyri-rəsmi şəkildə Cəlilabadın idarəçiliyinin R.Kərimovun nəzarətində olduğu iddia edilir. R.Kərimov sıradan bir məmur deyil.

Rayonun aqrar sektoruna cavabdeh olsa da, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun kiçik dayısıdır və biznesmen kimi ad çıxarıb. Komitə sədri ilə qohumluğu onu Cəlilabadın qeyri-rəsmi icra başçısına çevirib.

R.Kərimov bütün idarəçiliyi ələ keçirib, N.Zeynalovun təsir imkanlarını zəiflədib, bacısı oğlunun tapşırıqlarını həyata keçirdiyi iddia olunur.

Əvvəlki icra hakiminin dövründə R.Kərimov bu qədər geniş səlahiyyətlərə malik olmamışdı. Ona bu imkan yaradılmamışdı və Kənd Təsərrüfatı İdarəsi rəisi çərçivəsindən kənara çıxa bilmirdi.

Bu gün isə R.Kərimov Cəlilabadda əsas söz sahibidir, onun məsələhəti, qərarı olmadan addım atılmır. Sanki N.Zeynalov icra başçısı postunda fiqur olaraq oturub.

Bu da rayonda xüsusilə iş adamlarının narazılığı ilə qarşılanıb. Onlar deyirlər ki, Cəlilabad K.Həsənovun dayısının özəlləşdirdiyi bölgədir. Əgər onu KT idarəsi rəisi qoyublarsa, nazir İnam Kərimova tabedir.

Amma R.Kərimov nə nazir tanıyır, nə icra başçısı...O, bacısı oğlu K.Həsənovun imkanlarından istifadə edərək özünü rayonun birinci şəxsi kimi aparır.

Onun rayonun aqrar sektorunu da məhv etdiyi söylənir. K.Həsənovun Cəlilabadda yüz hektarlarla məhsuldar torpaq sahələrini şəxsi mülkünə çevirdiyi xəbər verilir.

Dövlət başçısı pambıq əkilməsi, aqrar sektorun inkişafı, heyvandarlığın artırılması istiqamətində tapşırıqlar versə də, komitə sədrinin dayısı öz “konstitusiyası” ilə fəaliyyət göstərir.

Sosial şəbəkələrdə gedən məlumatlara görə, Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad şöbəsinin rəisi olan Rahib Kərimov komitə sədri olan bacı oğluna güvənərək aqrar sahəni darmadağın etməkdədir.

Nəticədə Cəlilabad kimi aqrar bir rayonda fermerlər, kəndlilər, subsidiya arzusunda olan sahibkarlar, pambıq və kartof əkən təsərrüfatçılar qan ağlayır.

Kəndlilər gununsesi.info-ya şikayətində çarəsizliyi belə əsaslandırırlar: “Toxumu və yanacağı nisyə götürmüşük. Taxıl səpinində, onun biçilməsində istifadə olunan kombaynlar da bizə məxsus deyil, hər hektarın səpin və biçininə görə bəlli məbləğ ödəməli oluruq.

Nəticədə, təxminən hər hektara 150-180 manat arası xərcimiz çıxır. Təbii ki, borc verən şəxslər, texnika sahibləri gözləmir, məhsul yığımı başa çatan kimi haqlı olaraq pullarını tələb edirlər.

Biz isə 6 ay əziyyətlə becərdiyimiz məhsulu dəyər-dəyməzinə satmaq qalır. İndi hamı borclarını ödəmək üçün əldə etdiyi məhsulu satır. Alanların isə Kərəm Həsənovun yaxın adamları olduğu deyilir”.

Bir ara R.Kərimov bacısı oğlundan incimişdi ki, reyestr xidmətində işləyən kadrını Cəlilabada icra hakimi gətirdib, dayını çıxdaş edib. Bu da dayı-bacıoğlu münasibətlərinin pozulmasına səbəb olmuşdu.

Amma indi əlaqələri axarına düşüb və rayon R.Kərimovun cəngindədir. Yeni kənd təsərrüfatı naziri İnam Kərimovun komitə sədrinin dayısını vəzifədə saxlayacağı dəqiqləşib.

Vaxtilə traktorçi olmuş R.Kərimovun gənc nazirin idarəçilik prinsipləri və çevik, dinamik iş qrafiki ilə ayaqlaşacağı ağlabatan olmasa da, komitə sədrinin qohumu olması ona toxunulmazlıq statusu qazandırıb.

Bu iddialarla bağlı qarşı tərəfi dinləməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ